Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:22

Əlisəmid Kür. Öyrəşmək, öyrəşmək...


-






Dərdi ovutmağa dost qalmayanda
Sümüyə yatan bir havaya alışmaq,
Alışmaq hər şeyə!
Ulduzsuz gecələrə alışmaq –
Günəş boyda ümid doğur hər qaranlıqdan.
Alışmaq tənhalığa –
Sükut dil açacaq.
Alışmaq ayrılığa –
Bağrı çatlayacaq həsrətin...
Uğursuz sevgiyə,
Ən ağır günə alışmaq.
Ən ağır taleli adam da sevgi gözləyir.
Dəniz var içimizdə -
Özümüzdən xəbərsiz
Sinəmizi döyən
Dalğaların səsinə alışmaq
Kədəri qovub sinədən
Alışmaq qəfil sevincə,
Ağacların kölgəsinə,
Küləyə, yağışa...
Kədər biryolluq yığışar
İnansaq Azadlığa –
Sevmək, sevmək Azadlığı,
Alışmaq Azadlığa.
1984
XS
SM
MD
LG