Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Vəfa Quluzadə «Milyarderlər ittifaqı» haqqında


Vəfa Quluzadə
Vəfa Quluzadə
-
«Rusiyada bir neçə azərbaycanlı milyarder qrup yaratmaq istəyir. Mən hesab edirəm ki, onlar bunu Rusiya prezidenti Putin-in əmriylə edirlər».

Sabiq dövlət müşaviri Vəfa Quluzadə noyabrın 1-də «İşdən sonra» proqramına belə deyib. O bunun səbəbini də izah edib:

- Putin Azərbaycanda nəsə əldə etmək istəyir. İstəmir ki, Azərbaycan əldən çıxsın. Amma Putin o qədər güclü deyil ki, Azərbaycanda hər nə istəyirsə, onu etsin. Qəbələ RLS-i bağlayırıq. Neyləyə bilir?

- Məqsəd nədir həmin ittifaqı yaratmaqda?

- Həmin «Moskva ittifaqı»nı yaratmaqda məqsəd odur ki, onlar Azərbaycanda iş aparıb Azərbaycanı Rusiyanın xeyrinə çevirsinlər. Yəni, 5 güclü milyarder Azərbaycanın iqtisadiyyatına güclü təsir edə bilərlər, arxalarında Rusiya dayansa. Burdan icazə versələr, təbii ki, çox böyük işlər görə bilərlər. Dövlət çevrilişi də edə bilərlər, Rusiyanın köməkliyi ilə. Bu təhlükəli tendensiyadır. Azərbaycan rəhbərliyi də düzgün olaraq buna sərt reaksiya verib. Bizə yenidən Rusiya hökmranlığı lazım deyil.

- Həmin «Milyarderlər ittifaqı» bu qədər irəli gedə bilərmi?

- Mən onların hamısını tanıyıram. Çoxu ilə əlaqəm var. Hamısına da hörmət edirəm. Bir yerdə də işləmişik. Amma onlar əjdahanın caynağındadır. Onlar başqa rəy deyə bilməzlər, onun rəyini deməlidirlər. Başqa söz desələr, yerləri Khodorkovsky-nin yanındadır. Rusiyada hüquqi dövlət yoxdur. Ona görə də, Rusiyadakı bütün kapitalları müsadirə olunacaq, qeyri-qanuni elan olunacaq. Həmin «AST Telman» yadınızdadır? O, «Çerkizov» bazarını neylədilər? Darmadağın edib əlindən aldılar. Özünü də tutacaqdılar, qaçdı. Aldadıb Moskvaya gətirmək istəyirdilər, ağıllı oldu, təyyarəni boş göndərdi, «spetsnaz» hücum edəndə, gördü heç kim yoxdur. Rusiya belədir, Rusiyanı tanımaq lazımdır.

XS
SM
MD
LG