Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

«Dünyanın internet azadlığına dair mühüm konfrans niyə diktaturada keçirilməlidir?»


Arxiv foto
Arxiv foto
-

«Azərbaycan prezidenti Əliyev üçün İnternet İdarəçiliyi Forumuna (İGF) Bakıda ev sahibliyi etmək «Eurovision» mahnı yarışmasının keçirildiyi və Azərbaycanın 2020-ci ilin Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etdiyi bir ildə növbəti təbliğat imkanıdır».

Bunu Londonda çıxan «The Daily Telegraph» qəzetində mediada senzuraya qarşı mübarizə aparan beynəlxalq «Index on Censorship» təşkilatının rəhbərlərindən Mike Harris yazır.

ƏDABAZ REJİM

«İnternet azadlığına dair mühüm konfrans niyə diktaturada keçirilir» adlı məqalənin müəllifi Harris yazır ki, rejim özünü göstərməyə çox həvəslidir, o təkcə «Eurovision» müsabiqəsinin keçirilməsinə təxminən 500 milyon dollar xərcləyib, əyriləri hamarlayan siyasi texnoloqların xidmətlərindən istifadə edir, Britaniya millət vəkillərini «real Azərbaycanla tanışlıq» (yəni daha doğrusu, parlamentində bircə nəfər də olsun müxalifətçi olmayan Azərbaycanın əksini göstərən Azərbaycanla tanışlıq) üçün xərcləri ödənmiş səfərə çıxarır», Harris yazır.

Daha sonra məqalədə internetdəki fəallıqlarına görə təqiblər və həbslərə məruz qalmış Emin Millidən, Adnan Hacızadədən, Elnur Məcidlidən söz açılır.

Elnur Məcidli
Elnur Məcidli
Mike Harris yazır ki, Strasburqda mənzillənmiş blogger Elnur Məcidli Facebook qrupları yaratdıqdan sonra Azərbaycan hakimiyyəti tərəfindən 12 illik həbs cəzası ilə təhdid olunub, vətəninə qayıda bilmir, onun atası isə oğluna görə «Kaspar» kimi tanınan dövlət dənizçiliyi idarəsindəki işini itirib.

İNTERNETƏ NƏZARƏTİ KİM İSTƏYİR?

Məqalədə deyilir ki, dövlət tərəfindən tənzimlənən interneti istəyən təkcə avtokratik dövlətlər deyil.

Elə keçən il Braziliya və Cənubi Afrika Respublikası qlobal internet idarəçiliyi qurumunun yaradılmasına çağırmışdılar.

«Bu elə bir çağırışdır ki, internetin əhliləşdirilməsinin yalnız yerli səviyyədə mümkün olmayacağını dərk edən diktatorları sevindirə bilər», Mike Harris yazır.

Müəllifin fikrincə, bu, yalnız internet saytlarının və internet xidməti provayderlərinin (İSP) senzurası demək deyil, həm də protokollara, texnologiyaların və telekommunikasiyaların ötürülməsinə nəzarət deməkdir.

Məqalədə professor Milton Mueller-in «Index on Censorship» jurnalında dərc olunmuş fikirlərindən sitat gətirilir:

«İnternet texnologiyaları – TCP/IP protokolları Şimali Koreyadakı kompüterlərə yüklənə bilər, lakin bu ölkədə kommunikasiyaları azad edə bilməz. Əgər mürtəce hökumət, telekommunikasiyalar infrastrukturuna sahibdirsə, kompüterlərdə ticarəti və telekommunikasiya cihazlarını bloklayırsa, azad bazara çıxış vermirsə, cihaz və xidmətlərin inkişafının qarşısını alırsa, interneti cilovlamaq və ona nəzarət etmək çətin deyildir».

Mike Harris yazır ki, əgər internetin gələcək idarəçiliyi, qanunla qərarlaşdırılmış beynəlxalq qurumun əlində olsa, heç şübhəsiz, Çin və Rusiya kimi ölkələr internet azadlığını təmin edən təməllərə xələl gətirməyə çalışacaqlar.

Arxiv foto: "İnformasiya azad olmalıdır" şüarı
Arxiv foto: "İnformasiya azad olmalıdır" şüarı
Məqalədə deyilir ki, Rusiya artıq belə bir fəaliyyətdə bulunur.

Ötən yay Moskva «ekstremist» məzmunlu internet saytlarının «qara siyahısını» tərtib edib.
Bir çox QHT-lər və siyasi fəallar belə qənaətdədirlər ki, «qara siyahı» ilk növbədə onları hədəfə almaq üçün icad olunub.

Çin özünün getdikcə daha çox milliləşən internet məkanını 50 minədək senzor və internet polisinin köməyi ilə müdafiə edir və bundan əlavə 250 minədək fəal partiyaçı gecə-gündüz interneti güdür.

NİMDAŞ DİKTATURA

«İnternet idarəçiliyini Azərbaycan kimi bir yerdə keçirmək Qərb demokratlarını qəflət yuxusundan oyatmalıdır», Mike Harris yazır.

Müəllif xatırladır ki, İGF-in sələfi olan İnformasiya Cəmiyyətinin Dünya Sammiti (World Summit on the Information Society ) 2005-ci ildə inqilaba qədərki Tunisdə keçirilmişdi.

O, yazır ki, o vaxt Dünya Mətbuatı Azadlığı Komitəsinin (World Press Freedom Committee) nümayəndəsi Ronald Koven internet azadlığı konfransının avtokratik ölkədə keçirilməsinin nə demək olduğunu öz gözləri ilə görmüşdü.

Tunisdə insan haqlarının vəziyyətinə dair çıxışlar siyahıdan çıxarılmış, Tunisin rəsmi nümayəndələri forumlarda xoşlarına gəlməyən tənqidləri fitə basmışdılar.

Tunisdə aksiya zamanı
Tunisdə aksiya zamanı
QHT-lərlə Almaniya səfirliyi arasında elektron yazışmanın güdüldüyü ondan bəlli olmuşdu ki, orada keçiriləcək görüşə gedənlərin qarşısı qaragüruh tərəfindən alınmışdı.

Bir neçə tunisli Ronald Kovenə yaxınlaşaraq, təhdidedici şəkildə ona «Tunisə istirahət üçün gəlməyi» tövsiyə etmişdi.

«Ərəb baharı»nın göstərdiyi kimi, internet dünya boyunca adamları avtokratiyanın cəngindən qurtarır», yazır Mike Harris.

O, yazır ki, «Nawaat» dissident internet saytı keçmiş prezident Ben Alinin korrupsiya əməllərindən yazdı və onun diktaturası yıxıldı.

Müəllifin fikrincə, Misir hadisələri zamanı da internet həlledici rol oynadı.

«Məhz bu mənada, internet azadlıqlarına dair ən mühüm qlobal konfranslardan biri olan İnternet İdarəçiliyi Forumunun Azərbaycanda – dünyanın ən nimdaş diktatorluqlarından birində keçirilməsi dərin narahatlıq hissi oyadır», yazır Harris.
XS
SM
MD
LG