Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:37

«Stroydetal» küçəsinin sakinləri: «Bizə qayıq verin»


Arxiv foto: Bakı
Arxiv foto: Bakı
-

«Daha hökumətdən tələb etmirik ki, gəlib küçəmizdəki seli-suyu qurutsunlar, kanalizasiya xətti çəksinlər. İndi xahiş edirik ki, heç olmasa «Stroydetal» küçəsinin sakinləri üçün qayıq sifariş eləsinlər, yağışlı günlərdə dayanacağa qədər qayıqla gedib-gələ bilək».

Rəsulzadə qəsəbəsinin «Stroydetal» küçəsindəki 89 saylı evdə yaşayan Qərənfil Rüstəmova deyir ki, yağışlı havalar başlayanda nəinki küçə, həyət-baca, hətta ev-eşik də kanalizasiya sularına qərq olur.

«Bax, o gün bir az yağış bərkiyən kimi yenə döşəmələrimizdən kanalizasiya suları qalxdı, 2-3 gün evdə rezin çəkməylə gəzdik, evimiz hələ də üfunət içindədir».

Həmin küçənin başqa sakini Ədilə Sultanova deyir ki, yağışda evdən çıxa bilmədiyinə görə, düz 5 gün işə gedə bilməyib və işini itirib.

«Stroydetal» küçəsinin sakinləri deyirlər ki, artıq neçə ildir bu şəraitsizliklərə dözürlər.

Ədilə Sultanova: «Belə şey olar? Bütün diqqəti şəhərin mərkəzinə, bir də öz yaşadıqları küçələrə yönəldiblər. Sanki kənarda yaşayanlar bu ölkənin vətəndaşları deyil. Burda «nasosxana»lar var, ancaq işlətmirlər. Niyə işlətmirlər, bax səbəbi bizə də aydın deyil. Elə bil biz əziyyət çəkdikcə, problemi həll etməli qurumlar həzz alırlar».

QRUNT SULARI, YOXSA KANALİZASİYA?

«Azərsu»
«Azərsu»
«Azərsu» Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu məsələ ilə bağlı bildirib ki, ərazidəki evlər çökəklikdə və qanunsuz tikilib, ora kanalizasiya xətti çəkilməyib. Əraziyə axan kanalizasiya suları yox, qrunt sularıdır. Ona görə də suyun çəkilməsini Binəqədi rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası həyata keçirməlidir.

Binəqədi rayon İcra Hakimiyyətindən isə «Stroydetal» küçəsində axan suların kanalizasiya suları olduğunu bildirdilər və dedilər ki, problemi «Azərsu» aradan qaldırmalıdır.
XS
SM
MD
LG