Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:02

FlashMobçu Kamran Qədirli: «Gedib çayxanada oturmaqdansa...»




Facebook şərhləri AzadliqFM 14-12-2012

- Facebook şərhləri

- Bir də görürsən, Bakının mərkəzində 15-20 gənc qəfildən rəqs etməyə başlayır, və ya kitab oxumağa, ya da hamısı eyni vaxtda yerə yıxılır. Bütün dünyada trendə çevrilən FlashMob hərəkatı Azərbaycana da ayaq açıb. Artıq "FlashMob Azərbaycan" qrupu da mövcuddur və bir sıra aksiyaları ilə sosial media əhlinin diqqətini cəlb edib.

Nədir əslində FlashMob? Nədir onun əsas əlaməti: internetdən başlayıb, küçə və meydanlarda sona çatan hər aksiyaya FlashMob demək olarmı?

Məsələn, sevgilisinə gözlənilməz evlilik təklifi edənlərin aksiyası, və ya parlamentin buraxılmasını tələb edən gənclərin toplantısı, bəs taksilərin nəqliyyat nazirliyi qarşısında toplanması. Niyə FlashMob adlanamsın?

Azadliq FM-də bunu "FlashMob Azerbaycan" qrupundan Kamran Qədirov, Emil Musayev, "Dalga" təşkilatından Saleh Mehdizadə, Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı müzakirə ediblər. Onların dediklərindən:

Kamran Qədirov:

- Flashmob spontan bir anlayışdır. Bu - eyni zamanda eyni insanların yığılıb eyni hərəkət etməsidir. Biz daim məşqlər edirik, hazırlaşırıq. Müxtəlif yerlərdə məşqlər edib, flashmob keçiririk...
Saleh Mehtizadə:
- Səhv etmirəmsə Solidarnost hərəkatında flashmoblardan istifadə edilir.
Emil Musayev:
- İlk flashmobumuz kitab oxumaq flashmobu idi. Azərbaycanda insanlar ayaq üstə kitablar oxumurlar, fikirləşdik ki, elə edək ki, maraqlı flashmob keçirək... İnsanlar da maraqla izləsinlər...
- Biz Flashmoblarda mesaj vermirik... Əsas mesajları izləyicilər özləri çıxarır...
Saleh Mehtizadə:
- Dalğa keçirən flashmobları çox zaman polis müdaxiləsiylə yadda qalıb. Polis başa düşmür ki, gənclərin sərbəst toplaşmaq azadlığı var.
Kamran Qədirov:
- Flashmobların uğuru odur ki, insanlara pozitiv əhval verir. İnsanların həyatına rəng qatır...
Səxavət Soltanlı:
- Bildiyim qədəriylə flashmoblarda əsas mesajlardan biri sosial mesajlıdır. Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığını hər zaman məhdudlaşdırıb. Son zamanlar icazəsiz aksiyalara çıxanları da yüksək məbləğlə cərimə edilir. Belə getsə flashmoblar daha da populyarlaşacaq...
Saleh Mehtizadə:
- Bəzən insanlar Flashmobla bağlı videoların altına elə şərhlər yazır ki... Məsələn bir nəfər yazıb ki, Qarabağ boyda problemimiz var, siz də flashmob edirsiz. Azərbaycanda belə vətənpərvərlər var. Belə adamlar vətənpərvər olub, nə edib? Ölkə problemlər içində batır, gəlib düşürlər flashmob edənlərin üstünə...
Kamran Qədirov:
- Gedib çayxanada oturmaqdansa, kiminsə arxasınca danışmaqdansa, gəlsinlər flashmoba. İnsanların əhvalını dəyişsinlər...

FlashMoblardan əlavə verlişdə rekordlar qıran Gangnam Style adlı mahnının uğur qazanılması müzakirə edilib. Bəstəkar Gövhər Həsənzadə və videobloqqer Mehman Hüseynov müzakirəyə qoşulub:
Bəstəkar Gövhər Həsənzadə:
- Şou- biznesin öz bazarı, öz qaydaları var. Bu mahnıda elə bir problem yoxdur. Əsas odur ki, bu mahnıda aqressivlik və əxlaqsız bir şey yoxdur. Gangnam Style normal proyektdir. Qoy o gün olsun ki, Gangnam Style kimi bir proyekti də Azərbaycandan edək...
Mehman Hüseynov:
- Mənim bir çox klip proyektlərim olub. Amma heç biri belə uğurlu alınmayıb. Amma Səyyad Əlizadə ilə Gangnam Style-ın montajı çox effektiv oldu və məşhurlaşdı...

Aşağıda audionu dinlə:

XS
SM
MD
LG