Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:56

Prokuror Nigar Yaqubluya 4 il həbs istədi


Nigar Yagublu
Nigar Yagublu
-
Dekabrın 17-də Abşeron rayon Məhkəməsində dövlət ittihamçısı müsavatçı Nigar Yaqublunun 4 il azadlıqdan məhrum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsini istəyib.

Müdafiə tərəfinin N.Yaqublu haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatəti isə təmin olunmayıb.

Vəkillər məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək.

N.Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib.

A.Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «KAMAZ» markalı avtomaşınla toqquşub. A.Acalovun avtomobilini N.Yaqublu idarə edib. İstintaq bildirir ki, qəza N.Yaqublunun təqsiri üzündən baş verib.
XS
SM
MD
LG