Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:59

Britaniya məscidləri homoseksual kəbinlərə qarşı toxunulmazlıq istəyir


Arxiv foto: Kaliforniyada homoseksualların nikahı
Arxiv foto: Kaliforniyada homoseksualların nikahı
-

Hökumətin eynicinsli nikahlar barədə müzakirəyə çıxaracağı qanun layihəsi İngiltərə və Uels kilsələrinə, başlıcası Anqlikan kilsəsinə belə kəbinlərə qarşı toxunulmazlıq verib.

İndi də Britaniyanın müsəlman liderləri bunu özləri üçün tələb edir.

KİLSƏNİN İMMUNİTETİ VAR, NƏDƏN MƏSCİDİN OLMASIN?

İngiltərə kilsəsinə homoseksuallar arasında kəbin kəsmək qadağan edilib, çünki kilsənin dünyəvi qanunlardan ayrı «kanonik» və ya ilahi kilsə qanunları var. Bütün mübahisələrin məhkəmələrdə həll olunduğu Britaniyada bu, həm də o deməkdir ki, sabah eyni cinsdən olan iki şəxs, ingilis kilsəsinə nikah bağlamağa gələndə, keşiş bundan imtina edə bilər.

Çünki yeni qanun həmin keşişə məhkəmədən immunitet və ya toxunulmazlıq verir.

Qanun layihəsi bu məsələni katolik kilsəsi də daxil olmaqla, bütün digər dini qurumların öz ixtiyarına buraxır: istəyirsiniz kəbin kəsin, istəmirsiniz yox. Ancaq məsələnin bu cür qoyuluşu hüquqi baxımdan immunitet sayılmır.

Məhz buna görə də, Britaniyadakı 500 məscidi təmsil edən Müsəlman Şurası (The Muslim Council of Britain) Anqlikan kilsəsinə verilən toxunulmazlıqdan ona da verilməsini tələb edir. Təşkilatın rəhbəri Farooq Murad mədəniyyət naziri ilə təcili görüş də tələb edib.

Müsəlmanların bu tələblərindən sonra Britaniyanın mədəniyyət naziri Maria Miller nazirliyin saytında yazdığı bloqda izah edir ki, yeni qanun İngiltərə kilsəsinə homoseksual nikahları qadağan etməyib. Nazir əlavə edib ki, «bütün başqa dinlər eynicinsli kəbinləri kəsməkdən imtina edə bilərlər, lakin yalnız İngiltərə kilsəsinin bu hüququ qanunla təsbit olunmalıdır».

SİYASƏTÇİLƏR DƏ YENİ QANUNA QARŞIDIRLAR

David Cameron
David Cameron
Parlamentdəki bütün partiyaların daxil olduğu qrup baş nazir David Cameron-un eynicinslilərin nikahına dair təklifini rədd edir. Onlar bildirirlər ki, hökumət başçısının belə bir qanunu ortaya qoymaq üçün mandatı yoxdur.

Bu barədə Parlamentin Nümayəndələr və Lordlar Palatalarının 60 üzvünün imzaladığı petisiyanın mətni «The Daily Telegraph» qəzetinə göndərilib. Xeyli sərt yazılmış sənəddə hökumətin eynicinslilərin nikahı haqqında qanun layihəsinə dair apardığı məsləhətləşmələri tənqid olunur. Sənədi imzalamış şəxslərin fikrincə, hökumət bu məsələni ortaya atarkən, ictimaiyyətin böyük bir qisminin bu dəyişikliyin əleyhinə olduğunu nəzərə almalıydı.

Britaniyanın mədəniyyət naziri Maria Miller eynicinsli cütlərin nikahına icazə veriləcəyi barədə planları ötən həftə elan edib.

Qanun layihəsi artıq yanvarda hazır olacaq və baş nazir David Cameron, parlamentin gələn yayda «nikah» anlayışını yenidən müəyyənləşdirəcəyinə və ya təfsirini təsdiqləyəcəyinə ümid edir.

HOMOSEKSUAL NİKAH NORMALDIRSA, ONDA, ÜMUMİYYƏTLƏ NİKAH NƏDİR?

Ümid ümid yerində, lakin cənab Cameron-un öz Mühafizəkarlar Partiyasından 137 millət vəkili bu qanun layihəsinin əleyhinə səs verməyə hazırlaşır. Mətbuat xəbər verir ki, bu, Britaniyanın parlament tarixində, millət vəkillərinin hər hansı layihəyə qarşı səs verəcəklərini ictimai şəkildə bildirdikləri ilk haldır.

Eynicinslilərin rəsmi nikahına imkan verəcək qanunun əleyhinə çıxanlar bildirirlər ki, bu məsələ üç əsas parlament partiyasının seçki manifestlərində və platformalarında olmayıb.

B.Britaniyanın Imber kəndində kilsə
B.Britaniyanın Imber kəndində kilsə
Qanun layihəsinin əleyhinə kampaniyaya Mühafizəkarlar Partiyasından, Enfild dairəsindən seçilmiş millət vəkili David Burrowes rəhbərlik edir. O, keçmişdə eynicinsli nikaha qarşı çıxışlarına görə ölümlə hədələnib.

Yeri gəlmişkən, Enfild türklərin, kürdlərin və ümumilikdə, müsəlmanların, həmçinin azərbaycanlıların sıx yaşadıqları rayondur.

Bu kampaniyaya, həmçinin Lordlar palatasından keçmiş Kanterberi arxiyepiskopu lord Carey rəhbərlik edir.

Kampaniya qrupu bildirir ki, onlar «eyni cinsdən olanların sevgi və münasibətlərinə sayğılıdırlar», lakin nikah, müdaxilə edilməyəcək bir məsələdir.

Müşahidəçilər qeyd edirlər ki, belə bir məsələnin parlament gündəliyinə çıxarılması ölkənin ən güclü siyasi partiyalarından biri olan hakim Mühafizəkarlar Partiyasını parçalaya bilər.

«The Express» qəzeti isə cənab David Burrowes-dan maraqlı bir sitat gətirir: «Əgər eynicinsli nikah dövlət tərəfindən tanınmış normaya çevrilərsə, onda ənənəvi baxışları olanlar çətin vəziyyətə düşə bilərlər».

Yüksək parlamentari dilində deyilmiş bu kəlamı, normal danışıq dilində belə başa düşmək də olar ki, «eynicinsli nikah» norma sayılsa, normal ər-arvad cütləri anormal bir şeyə çevrilə bilər.

«EYNİCİNSLİ NİKAH» - NİKAH SÖZÜNƏ TƏHQİRDİR

Bunu keçmiş Uestminister Arxiyepiskopu, kardinal Cormac Murphy-O’Connor deyib.

Arxiv foto
Arxiv foto
Kardinal ürək yanğısı ilə yazır ki, nikah xristianlar, dindarlar və lap dinsizlər üçün, eləcə də bütün cəmiyyət üçün xüsusi bir dəyərdir. Onun sözlərinə görə, kişi və qadın arasında ən ülvi hisslərin məhsulu olan bu təsisata düzəliş etmək «dilin zorlanması» kimi qiymətləndirilməlidir.

Murphy-O’Connor yazır ki, dövlət həmişə nikahın hüquqi aspektlərinə nəzarət və tənzimləmə hüququna malik olub, lakin dövlətin nikahın nə demək olduğu məsələsinə qarışması yersizdir. Keçmiş arxiyepiskop yada salır ki, baş nazir David Cameron seçki kampaniyasında ailələrə maliyyə güzəştləri verəcəyini bayraq etmişdi, indi isə tamam başqa şeylərdən danışır.

Lakin bu arada arxiyepiskopları, yepiskopları və kardinalları mat qoyacaq hadisə baş verib.

HOMOSEKSUALLARIN «ÖZ İNCİLİ»

Rusların bir sözü var: «özgə məbədinə öz kitabı ilə soxulmaq».

Homoseksualların «öz İncili» bu günlərdə ABŞ-da çap olunub. İncilin bu versiyası «Kraliça James-in İncili» adlanır. Bu, bir növ Anqlikan kilsəsinə meydan oxumaqdır, çünki İngiltərə kilsəsinin rəsmi İncili – kraliça yox, «Kral James-in İncili» (King James Bible) sayılır.

Belə ki, Britaniyada İncilin üçüncü və mükəmməl tərcüməsi kilsə tərəfindən kral 6-cı James-in zəmanəsində təsdiq edilib.

İncil
İncil
Kitabın müəllifi kimi Allahın özünü nişan verən anonim naşirlər bildirirlər ki, onların versiyasında bütün homofobik məqamlar yenidən redaktə edilib.

Xristian ruhanilər nə Əhdi-Əqiqdə, nə də Əhdi-Cədiddə homoseksuallıqdan bir kəlmə də yazılmadığında israr edirlər. Ancaq homoseksual kampaniyaçılar bildirirlər ki, İncildə homoseksuallığa aşkar işarələr qərəzli şəkildə başqa məfhumlarla əvəz edilib.

Yeni Zellandiyadakı bir dyakon (aşağı dərəcəli keşiş-red.) isə, İsa Məsihin seksual oriyentasiyasını şübhə altına alıb. Onun həmvətəni olan müqəddəs ata Clay Nelson isə mübahisələrə «ağıllı» bir yekun vurub:

«Cinsiyyətin bura nə dəxli var, axır ki, o, kimsəsizlərə sahiblik edib».

KİŞİNİN KİŞİ İLƏ MƏHƏBBƏTİ XƏYANƏT DEYİL

Hüquqşünaslar bildirirlər ki, yeni qanun bütün izdivac qanunlarını alt-üst edə bilər.

Məsələn, qüvvədə olan qanuna görə, «heteroseksual» nikahlarda, yəni kişi və qadından ibarət olan nikahlarda, tərəflərdən birinin sədaqətsizliyi boşanma iddiası üçün əsas verir.
Eynicinsli nikah barədə təklif olunan qanun belə bir boşanma hüququ vermir. Bunu homoseksualların özləri də qəbul etmirlər. Yəni, «bu kişinin bu gün bir kişidən xoşu gələ bilər, sabah başqa bir kişidən».

Moskvada homoseksuallar nikah qeydiyyatı idarəsindən çıxır
Moskvada homoseksuallar nikah qeydiyyatı idarəsindən çıxır
Ər-arvadlıq barədə Britaniya qanunlarının başqa bir incə məqamı da var. Hüquq dilində buna «nikahın istehlak olunmaması» (non-consummation) deyirlər.

Başqa sözlə, rəsmən ər-arvad kimi qeydiyyatdan keçmiş kişi və qadın arasında, ən müxtəlif səbəblərdən cinsi münasibətlər olmadıqda, bunun özü də boşanma iddiası üçün əsas verir.

Eynicinsli cütlər üçün bu hüquq da tanınmır, çünki qanun, kişi ilə kişi arasında cinsi münasibətləri tanımır. Boşanma üzrə hüquqşünaslar narahatdırlar ki, sabah ər-arvad nikahında olan ənənəvi kişilər də homoseksual kişilərin hüququndan istəyə bilərlər.
XS
SM
MD
LG