Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

Əfv siyasi məhbus problemini həll etdimi?


Foto: Arxiv
Foto: Arxiv
-
«Bizdə ümid vardı ki, Hilal Məmmədov əfv ediləcək». Məmmədovlar ailəsi «Talışı Sədo» qəzetinin baş redaktorunun son əfvlə azadlığa çıxacağına inanırmış. Amma dekabrın 26-da əfvə düşən 86 nəfərin arasında Hilal Məmmədovun adı çəkilmədi.

Baş redaktorun qardaşı Səlahəddin Məmmədov deyir ki, məhkəmə hökmü olmasa da, son anadək prezidentin öz səlahiyyətlərindən yararlanıb qardaşını əfv edəcəyini düşünürmüş. Lap elə olsa da, sual çıxır: Hilal Məmmədovun buraxılması Azərbaycanda siyasi məhbus problemini həll edəcəkdimi?

Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu son əfvi müsbət qiymətləndirir. Qrup üzvü Səidə Qocamanlının AzadlıqRadiosuna dediyinə görə, Strässer-in siyahısından 15, onların 10 nəfərlik siyahısından 4 nəfər əfvə düşüb:

«Beləliklə bizdə 6 nəfər qalır, bir nəfər də potensial siyasi məhbus var – jurnalist Fuad Hüseynov».

SƏİDƏ QOCAMANLI: BİZİM SİYAHIDA 6 NƏFƏR QALDI

Səidə Qocamanlı həmin 6 nəfərin azadlığa çıxmamasına təəssüflənir. Onun fikrincə, siyahıda olanların hamısı buraxılsa idi,
Səidə Qocamanlı
Səidə Qocamanlı
Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulardı:

«Prezidentə məktub ünvanlamışdıq, siyahıya sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin də adlarını salmışdıq. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasınadək siyahımızın tam qapanmasını istəyirdik. Olmadı. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində onların hamısı azadlığa buraxılacaq».

54 NƏFƏRLİK SİYAHI

Digər siyahının müəllifi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa görə, onların 62 nəfərlik siyahısından 8 məhbus əfvə düşüb:

«Mənim siyahımda indi 54 nəfər qalıb, Strässer-in 72 nəfərlik siyahısından 13-ü əfvə düşüb. İqtidar çalışdı ki, AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun dili uzun olsun. Desin ki, görün, nə qədər adam buraxıldı. Doğrudan da həmişə 7-8 nəfərdən çox buraxmırdılar, bu dəfə 13 nəfər
Leyla Yunus
Leyla Yunus
buraxıldı».

«AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR»

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı son əfvi yüksək qiymətləndirir və Azərbaycanda siyasi məhbusların olmadığını deyir. Belələri barədə danışanları deputat qərəzlilikdə günahlandırır:

«Onların fikirləri qərəzlidir, Strässer-dir, Leyla Yunusdur, onlar bu ölkənin düşmənidir. Ölkədə siyasi məhbus barədə deyilənləri qəbul etmirəm. Ona görə ki, Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmayıb».

Foto: Arxiv
Foto: Arxiv
SİYASİ MƏHBUS MƏSƏLƏSİ NƏ VAXT HƏLLİNİ TAPA BİLƏR?

Hüquq müdafiəçisi Fuad Həsənov hər əfvlə 5-6 nəfər siyasi məhbusun azad olunmasını problemin həlli saymır. Onun fikrincə, Azərbaycan hökuməti siyasi məhbus məsələsində inadkarlığını kənara qoymalıdır:

«Bu məsələyə köklü yanaşma lazımdır. Məhz Strässer-in hesabatında da bu yazılıb. Orda qeyd edilir ki, hökumət siyasi iradə nümayiş etdirərək problemi kökündən çözməlidir. Strässer təəssüflə bildirir ki, adları dəyişməklə, bəzi adamları azadlığa buraxmaqla problem həllini tapmaz. Hesabatdan çıxan nəticə odur ki, problem etiraf edilməli və insanlar siyasi baxışlarına görə həbsə düşməməlidirlər».

Fuad Həsənova görə, hökumət siyasi məhbus məsələsini qəbul etmədikcə, bənzər siyahılar tarixin arxivinə atılmayacaq.

AŞPA-nın yanvarda keçiriləcək sessiyasında Christoph Strässer-in siyasi məhbuslara dair məruzəsi də müzakirəyə çıxarılacaq.
XS
SM
MD
LG