Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:59

Əsgərin ölüm səbəbi haqda fərqli fikirdədilər


Arxiv foto
Arxiv foto
-
Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində vəfat edib.

Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından öldüyü qeyd olunub.

Əsgər anası Samirə Qumbatova «Azadlıq» qəzetinə müsahibəsində oğlunun hərbi hissədə döyülərək öldürüldüyünü deyib.

Mərhumun yaxınları «Azadlıq»a meyitin meyitxanada lentə alınmış foto və video görüntülərini də təqdim ediblər.

Qəzet video və fotolarda əsgərin üzərində ciddi xəsarət izlərinin olduğunu yazır.

Xırdalanda yaşayan 1994-cü il təvəllüdlü Ceyhun Qubatov 3 ay əvvəl hərbi xidmətə çağırılıbmış. Uşaq vaxtlarından atasını itirən Ceyhun Qubatov ailənin tək övladı olub.

CİNAYƏT İŞİ BAŞLANIB

Əsgər Ceyhun Qubatovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb.

Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.

Nazirlik sözçüsü faktla bağlı istintaq araşdırması getdiyini açıqlayıb.
XS
SM
MD
LG