Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

Əkrəm Əylisli: «Budəfəki aksiyada oyanma hiss olunurdu»


12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi
Gözlə

No media source currently available

0:00 0:05:04 0:00
-
«Ali baş komandan, cavab ver bizə!».
«Əsgərlərimiz ölməsin, ordu morqa dönməsin».

Bu tələblər yanvarın 12-də Bakıda keçirilən aksiyada səsləndirilib.

Aksiyaçılar əsgər Ceyhun Qubatovun ölümünə, bütünlükdə ordudakı itkilərə etiraz ediblər.

Rəsmilər ilkin olaraq Ceyhun Qubatovun ürək çatışmazlığından öldüyünü bildirsələr də, anası onun döyülərək öldürüldüyünü söyləyib. «Facebook»da «Əsgər ölümünə SON» kampaniyası da elə Ceyhunun anasının həmin sözlərindən sonra başlanıb.

«GƏNCLƏR MÖHTƏŞƏM İDİLƏR»

Ötən etiraz aksiyaları ilə müqayisədə bu dəfə polis zorakı davranmayıb. Bakıda keçirilən bu
Erkin Qədirli
Erkin Qədirli
aksiyanı sosial şəbəkələrdə «möhtəşəm» adlandıranlar da olub.

Məsələn, REAL-ın qurucularından Erkin Qədirli yazıb:

«Bugünkü etiraz tədbirində rahat 2 min adam oldu. Bu gün etiraz edənlər arasında 2000-3000 manat maaş alan şirkət işçiləri, kiçik biznes sahiblərini də gördüm. Aşağı rütbəli dövlət qulluqçuları da vardı mitinqdə. İştirakçı kimi gəlmişdilər, səmimi idilər. Şəxsən tanıdığım üçün deyirəm. Gənclər möhtəşəm idilər, polislər də mədəni davrandılar. Kütlənin keyfiyyəti çox yüksək idi!».

ƏKRƏM ƏYLİSLİ: «BUDƏFƏKİ AKSİYADA KÜTLƏVİLİK VƏ MÜXTƏLİFLİK VARDI»

Erkin Qədirlinin müşahidəsini - aksiyada toplumun müxtəlif kəsimlərinin təmsil olunduğunu yazıçı Əkrəm Əylisli də vurğulayır:

«Budəfəki aksiyada kütləvilik və müxtəliflik vardı. Yalnız narazılar deyildi, müxtəlif təbəqələr buradaydı,
Əkrəm Əylisli
Əkrəm Əylisli
ümumiyyətlə, oyanma hiss olunurdu».

Ziyalılar Forumunun başqa bir üzvü, şair Musa Yaqub deyir ki, aksiyanı izləyə bilməsə də, o, baş verənləri belə başa düşür:

«Bu aksiya tək bir əsgər ölümü ilə bağlı deyil, bir qığılcımdır. Zorakılığa, işgəncələrə qarşı aparılan mübarizədir».

«CƏMİYYƏT HAKİMİYYƏTƏ MESAJ VERDİ»

Politoloq Zərdüşt Əlizadə deyir ki, şənbə aksiyası ilə cəmiyyət hakimiyyətə mesaj verdi: cəmiyyət ordudakı özbaşınalıqdan, intizamsızlıqdan narazıdır. Və hakimiyyət də bununla bağlı tədbir
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
görməlidir:

«Mən şəxsən əminəm ki, müdafiə naziri və baş qərargah rəisləri dəyişdirilməlidir. Sovet dövrünün bacarıqsız generallarını saxlamağın nə mənası var? Onların başçılığı altında Azərbaycan Qarabağı itirib. İyirmi ildə Azərbaycan ordusu intizamsızlıq və qanunsuzluq rəmzinə çevrilib. Dəyişmək lazımdır. Bir də demokratik cəmiyyətlərdə olduğu kimi, cəmiyyətin ordu üzərində nəzarətini bərpa etmək lazımdır. Orda bir səhnə vardı - ana ölən oğlunun şəklini göstərib deyir ki, bir oğlumu öldürdülər, ikincini orduya çağırırlar, mən onu orduya verə bilərəmmi? Çox haqlı sualdır».

Zərdüşt Əlizadəyə görə, ordudakı vəziyyət də bütövlükdə cəmiyyətin göstəricisidir.

«Bu aksiya yalnız orduda yox, mülki həyatımızda da dəyişiklik zərurətindən xəbər verən etirazdır» – deməklə politoloq fikrini yekunlaşdırır.

«ƏSGƏR ÖLÜMÜNDƏN SİYASİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ EDİLMƏMƏLİDİR»

Hələlik hökumət aksiyada qoyulan tələblərə münasibət bildirməyib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı APA-ya deyib ki, istənilən Azərbaycan əsgərinin ölümünü hamı, o cümlədən hakim partiya da pisləyir. Mübariz Qurbanlı onu da deyib ki, əsgər ölümündən siyasi məqsədlər üçün istifadə olunmasına fürsət verilməməlidir.
XS
SM
MD
LG