Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:56

İsmayıllıda nə baş verir?


İsmayıllıda etirazlar yanvarın 24-ü də davam edir
Gözlə

No media source currently available

0:00 0:05:01 0:00
-
İsmayıllıda nə baş verir? Adamların etirazı haradan qaynaqlanır?

Bu suallara istər siyasətçilərin, istərsə siyasət bilicilərinin fərqli cavabları var. Politoloq Ərəstun Oruclu İsmayıllıda baş verənləri əhalinin məmur özbaşınalığına birbaşa reaksiyası sayır:

«Bu hadisə də Qubada, «Binə» Ticarət Mərkəzində baş verən qarşıdurma kimi, birbaşa dövlət orqanlarının və onların təmsilçilərinin vətəndaşların hüquqlarına, ləyaqətinə, mülkiyyətinə təcavüzkar münasibətinə göstərilən reaksiyadır. Hakimiyyət rəsmiləri, özəlliklə onların yerlərdəki nümayəndələri adamlarla elə aşağılayıcı davranır və bunu o qədər alışqanlığa çeviriblər ki, əhalinin qalxa biləcəyini ağıllarına da gətirmirlər».

Politoloq hesab edir ki, bütün baş verənlər hakimiyyətin indiyədək insanları cana yığan məmurlara dözümlü və loyal münasibətinin nəticəsidir:

««Binə» Ticarət Mərkəzində sahibkarlar bir aydır narazılığını dilə gətirsələr də, hakimiyyət əlini ağdan-qaraya vurmurdu. Elə ki adamlar küçələrə çıxdı, onda onları top-tüfənglə qarşıladılar. Bənzər hadisə İsmayıllıda da baş verdi. Hakimiyyət yenə xalqı aşağılayan adamlara qarşı deyil, etirazçılara qarşı zor işlətdi».

Ərəstun Oruclu ilin başlanğıcında 3 belə etiraz aksiyasının keçirilməsini hakimiyyətə ciddi siqnal sayır. O hesab edir ki, hakimiyyət dərin islahatlara getməsə, sonrakı aylarda daha sərt problemlərlə üzləşə bilər.

HAKİMİYYƏT SAVAŞI, YOXSA XALQIN NARAZILIĞI?

Siyasi şərhçi Azər Rəşidoğlu İsmayıllı hadisələrini müxtəlif məsələlərlə bağlayır –oliqarxların iç savaşı, hakimiyyəti ələ keçirmək istəyənlərin planları və seçki ilində Azərbaycanı qarışdırmaq istəyən xarici qüvvələrlə. O, bu səbəblərlə yanaşı, İsmayıllı olaylarını xalqın təbii narazılığı kimi də dəyərləndirir:

«Yəni, bu, eyni zamanda kortəbii xalq etirazlarıdır və bundan hakimiyyətin içərisində olan müəyyən qüvvələr də yararlanmaq istəyir. Beləcə, İlham Əliyevlə xalq arasında uçurumu dərinləşdirib, onu 3-cü dəfə seçkiyə getmək imkanından məhrum edib, özləri hakimiyyəti ələ keçirməyə can atırlar. Digər tərəfdən, bu, Qərbin və özəlliklə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə təzyiqlərinin uzantısıdır».

HAKİMİYYƏTƏ DƏXLİ OLMAYAN İKİ ADAMDAN SÖHBƏT GEDİR?

İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmisi Valeh Salehov rayonda baş verənləri iki sərxoş şəxsin insanları söyməsi və qarşı tərəfin buna cavab verməsi ilə izah edir. O, İsmayıllı olaylarının bir il öncə Qubada baş verənlərə bənzəmədiyini
Əli Həsənov
Əli Həsənov
də deyir:

«O hadisələrin İsmayıllıdakı hadisələrə heç bir bənzərliyi yoxdur. Qubada başçı xalqa münasibətində səhvə yol vermişdi. Burda isə icra hakimiyyətinə dəxli olmayan iki adamdan söhbət gedir».

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hadisə ilə bağlı günahkarların artıq saxlandığını və təqsirkarların layiqli cəza alacaqlarını bildirib.

Şöbə müdiri bəzi siyasi qüvvələrin və onlara məxsus informasiya vasitələrinin İsmayıllı hadisələrini qabartdığını sözlərinə artırır.

Əli Həsənov rayon sakinlərini təxribatlara getməməyə çağırıb.
Zahid Oruc
Zahid Oruc

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində İsmayıllıda baş verənlərə Əli Həsənovun və hüquq-mühafizə orqanlarının açıqladığı münasibətdən əlavə heç nə deyə bilməyəcəyini söyləyib:

«Mən onların səsləndirdiyi fikirlərlə tam razıyam və əlavə söz demək istəmirəm».

İMPULSLAR NƏZƏRƏ ALINACAQ?

Hakimiyyətyönlü Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc idarəçilikdə müəyyən problemlərin olduğunu danmır. Deputat hesab edir ki, bu məsələni bir motel sahibi ilə rayon sakinləri arasında baş verən hadisə kimi götürmək olmaz. Onun fikrincə, hakimiyyət bundan iqtisadi prosesləri sağlamlaşdırmaq üçün yararlanmalıdır:

«Ən çevik iqtidarlar həmişə belə ediblər və çox inanıram ki, insanlardan gələn bu impulslar siyasi qurumlar və müvafiq hökumət qurumları tərəfindən nəzərə alınacaq».
XS
SM
MD
LG