Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:47
Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi

26 yanvar etirazlarının xronologiyası [Video-Foto]

Yanvarın 26-da Bakıda sosial şəbəkələr vasitəsilə təşkil olunan etirazlar baş verdi. Onun iştirakçıları İsmayıllı sakinərinin etriaz çıxışları ilə həmrəy olduqlarını ifadə edir, onlara qarşı polis zorakılığını pisləyirdilər. Bakının mərkəzndəki aksiyanın qarşısını alan polis 100-ə yaxın adam saxlayıb, onlar məhkəmə cərimlərindən sonra buraxılıblar

20:15 26.1.2013
Bloqqer Emin Milli ilə gənc fəal Turqut Qəmbər Nəsimi rayon 22-ci polis bölməsindən çıxarılaraq aparılıb.

Bölmə qarşısında dayanan yaxınlarına onların hara aparıldığı barədə məlumat verməyiblər.

Hər iki şəxsi Nəsimi rayon məhkəməsinə aparıldığı ehtimal edilir.
19:33 26.1.2013
Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsində 30 nəfərə yaxın aksiyaçının saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna saxlananların bölmə qarşısında dayanan yaxınları məlumat verib.
18:45 26.1.2013
Səbail rayon Polis İdarəsində araşdırmaçı-jurnalist Xədicə İsmayılova da daxil olmaqla 20-yə yaxın adam saxlanır.

Polis bölməsindən sərbəst buraxılan bir qadın AzadlıqRadiosuna saxlananlardan AXCP üzvü Kəmalə Bənanyarlının qolundan xəsarət aldığını deyib. Xədicə İsmayılovanın müdafiəsinə cəlb olunan vəkil Elçin Sadıqov polis idarəsinə buraxılmayıb.

İndiyə qədər əldə etdiyimiz məlumatlara görə, aksiya ilə bağlı 30 nəfər Xətai, 19 nəfər Nəsimi, 20 nəfərə yaxın da Səbail polisində saxlanır.
18:33 26.1.2013
Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsinə təcili tibbi yardım maşını gəldiyi bildirilir. Bu barədə gənc fəal Kənan Qasımlı öz profilində məlumat paylaşıb. Onun yazdığına görə, tibbi yardım gənc fəal Tural Həsənzadəyə görə çağırılıb. Onun səhhətində problemlər yarandığı bildirilir.

Bölmədən AzadlıqRadiosuna saxlananların olduğunu təsdiqləsələr də, əlavə məlumat verməkdən imtina ediblər.

Davamı

XS
SM
MD
LG