Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:11

Polisin şillələdiyi "qırmızı gödəkçəli oğlan" AzadlıqFM-də


-



Facebookdan birbaşa şərh yaz

Facebookdan birbaşa şərh yaz


AzadlıqFM-in «Burulğan» rubrikasında 26 yanvar aksiyasında baş verən insident müzakirə olunub. Polisin təpik və şillə ilə vurduğu gənc verilişə qoşulub.

Facebook-da «Sen sadson» niki ilə yazan gənc:

- Hamı məndən nə baş verdiyini soruşur. Hər şey göz qabağındadır. Küçəylə getdiyim yerdə polis vurdu məni. Düşünmürəm mənim səhvim, günahım var idi. Amma belə xoşagəlməz hadisə baş verdi...

- Mənim internetdə yayılan videodan xəbərim yox idi. Dostlarım mənə videonun linkini göndərdi. Bunu görəndən sonra öz şəxsi səhifəmdə polisin fotosunu yayıb, polisin kimliyini tapa bildim. Çalışacam qanun çərçivəsində bir tədbir görüm...

- Vəkil Adil İsmayılov mənə hüquqi yardım etməklə bağlı öz yardımını təklif edib. Vəkillə məsləhətləşəcəm. Düşünmürəm ki, məhkəmə bu polisi cəzalandırsın, çünki bura Azərbaycandır. Ümidimi kəsmişəm məhkəmədən...

«Burulğan» rubrikasına qoşulan «qırmızı gödəkcəli oğlan»la müsahibəni burada dinlə




Proqramı Facebook-da izləmək üçün bura daxil ol
XS
SM
MD
LG