Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:30

Serzh Sarkisianın Azərbaycanda mənzili var imış


Prezident Serzh Sarkisian-ın seçki plakatı Yerevanda binada.
Prezident Serzh Sarkisian-ın seçki plakatı Yerevanda binada.
-



Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkisində namizəd olan yeddi siyasətçi arasında ən zəngini indiki prezident Serzh Sarkisian imiş.

Namizədlərin təqdim etdikləri gəlir bəyannamələri əsasında belə demək olar.

Özünü ən kasıb təqdim edən isə bir vaxtlar Qarabağdakı erməni rejiminin “xarici işlər naziri” olmuş Arman Melikayn olub.

Prezidentliyə namizədlərin Ermənistan MSK-sına verdikləri bəyannamələr:


Serzh Sarkisian
Serzh Sarkisian
Ermənistanın indiki prezidenti, yenidən prezidentliyə namizəd Serzh Sarkisian

  • Xankəndində sahəsi 96 m2. olan mənzil.
  • Mitsubishi Montero markalı, 1992-ci il buraxılışı olan avtomobil
  • 32 rəsm əsəri – müəlliflər Xacanyan, Saryan, Akopyan, Başincanyan, Abeqyan və başqaları.
  • Bir neçə qədim heykəlciklər.
  • 108 milyon 400 min dram - 266 000 ABŞ dolları (16 yanvar 2013-cü ilə)

Serzh Sarkisian əsas gəlir mənbələrinin maaşı və “Araratbank”ın qiymətli kağızlarından əldə etdiyi dvidentlər olduğunu göstərib.


Arman Melikyan
Arman Melikyan
Özünü Qarabağdakı erməni rejiminin “keçmiş Xarici İşlər naziri” kimi təqdim edən Arman Melikyan
O yazıb ki, nə əmlakı, nə maşını, qiymətli kağızı, nə də bir yerdən gəliri var. Yalnız yanvarın 19-da cibində 400 min dram – təxminən 1000 dollar pulu var.

Melikyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, hazırda anasının evində pasport qeydiyyatındadır və öz ailəsi ilə birlikdə arvadının evində yaşayır.

Dediyinə görə namizədliyinin qeydiyyatı üçün lazım olan 8 milyon dram – təxminən 20 min dollar girovu da ona dostları bağışlayıb.

Seçki qanunvericiliyinə görə prezidentliyə namizəd 5 faizdən az səs toplasa, həmin 20 min dollar girov ona geri qaytarılmır.

Melikyan müxbirlərimizə deyib ki, dostları ona həmin məbləği verəndə pulun itə biləcəyini də göz önünə alıblar. Odur ki, 5 faizdən az səs toplasa, kimsə ondan 20 min dollar tələb etməyəcək.


Aram Arutyunyan
Aram Arutyunyan
Milli Birlik Partiyasının sədri Aram Arutyunyan
  • Sahəsi 107,9 m2 yarımçıq tikili – ev
  • Mənzil
  • Qaz-3110 markalı avtomobil
  • Təxminən 4500 dollar pul (19 yanvar 2013-cü il tarixə)
  • Müxtəlif dostlarına borc verdiyi 8 milyon dram – 20 min dollar pul.
Arutyunyan əsas gəlir yerinin bankların qiymətli kağızları olduğunu yazıb.
Milli Birlik Partiyasının sədri deyir ki, namizədliyinin qeydiyyatı üçün lazım olan 8 milyon dram – 20 min dollar girovu ona dostları verib. Həm də 5 faizdən az səs toplasa bu pulun itməsindən narahat deyil.

AzadlıqRadiosunun müxbirləri yazırlar ki, Ermənistanda Aram Arutyunyan-ı keçmiş prezident Robert Kocharyan maliyyələşdirir. Müxbirlərimizin bu mövzuda suallarına cavabında Arutyunyan deyir: “Bu, Kocharyan-ın nəyinə lazımdır? Ermənistanda nədənsə, belə düşürlər ki, heç kim müstəqil ola bilməz. Mən isə namizədin müstəqil ola biləcəyini nümayiş etdirirəm.

Əgər Kocharyan pul versəydi, çox verərdi. Ya bəlkə düşünürsüz ki, Kocharyan belə simic adamdır?”


Vartan Sedrakyan
Vartan Sedrakyan
Prezidentliyə namizəd, folklorşünas Vartan Sedrakyan:
  • Dörd müxtəlif yerdə torpaq sahəsi
  • 132 m2 sahəsi olan mənzil.
  • 252 m2 sahəsi olan ev.
  • Mitsubishi autlender markalı 2011-ci il buraxılışı olan avtomobil.
  • 9 milyon 900 dram – təxminən 25 min dollar pul. (16 yanvar 2013-cü il tarixinə).


Paruyr Ayrikyan
Paruyr Ayrikyan
Milli öz müqəddəratını təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan

  • Biri paytaxt Yerevanda, digəri Kotay rayonunda olan iki torpaq sahəsi və onların üzərində yarımçıq tikililər.
  • Çəmbərək rayonunda torpaq sahəsi və yarımçıq tikili.
  • Jeep Laredo markalı 2003-cü il buraxılışlı avtomobil.
  • Təxminən 21 min dollar pul (18 yanvar 2013-cü il tarixə).
Paruyr Ayrikyan əsas gəlirinin ABŞ banklarının qiymətli kağızlarından aldığı dividentlər olduğunu yazır.


Andrias Qukasyan
Andrias Qukasyan
“Ay radio”-nun direktoru Andrias Qukasyan

  • Yerevanın mərkəzində mənzil.
  • Zovuni rayonunda həyətyanı sahəsi olan ev.
  • Toyota Prado markalı avtomobil -2007-ci il buraxılışlı.
  • “Flaminqo-Biç-Art” Səhmdar Cəmiyyətin səhmlərinin 45 faizi.
Qukasyan əsas gəlir yerinin öz biznesi olduğunu bildirib.



Hrant Baqratyan
Hrant Baqratyan
Keçmiş Baş nazir Hrant Baqratyan

  • Yerevanın yaxınlığında sahəsi 613 m2 olan ev.
  • Yerevanın mərkəzində biri 120 m2, digəri 85 m2 olan iki mənzil.
  • Nissan X-Trail markalı 2003-cü il buraxılışlı avtomobil.
  • 65 000 dollar (14 yanvar 2013-cü il tarixinə).
Hrant Baqratyan əsas gəlir yerinin deputat maaşı, Ukrayna universitetində və Ermənistan universitetində müəllim kimi aldığı əməkhaqqı, həmçinin Pernod Ricard Fransa şirkətindən aldığı divident, “Asmus Rotne” şirkətinə verdiyi əmlakın kirayə haqları olduğunu göstərib.


Raffi Ovannisyan
Raffi Ovannisyan
Ermənistanın keçmiş Xarici İşlər naziri Raffi Ovannisyan

  • Paytaxt Yerevanda iki mənzil.
  • “Qaz-31” markalı avtomobil.
  • Təxminən 52 000 dollar (17 yanvar 2013-cü il tarixə).
XS
SM
MD
LG