Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

«Human Rights Watch» Azərbaycanda həbslərdən narahatdır


Foto: Arxiv
Foto: Arxiv
-
Human Rights Watch təşkilatı Azərbaycanda son həbslərdən narahatdır.

Təşkilatın yaydığı hesabatda müxalifətdə olan “REAL” hərəkatının lideri İlqar Məmmədov və “Müsvat” partiyasının sədr müavini Tofiq Yaqublu, habelə İsmayıllı hadisələrinə görə saxlanmış Mirkazım Abdullayevlə Elşən İsmayılı barəsində 2 aylıq həbs-qətiimkan tədbiri seçilməsindən dərin narahatlıq bildirilir.

Təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia ehtiyat edir ki, ötən ay baş verən bu hadisələrdən hökuməti tənqid edən bu 2 müxalifət təmsilçisini susdurmaq üçün bəhanə kimi istifadə edilə bilər.

Georgi Gogia deyir ki, Azərbaycan hakimiyyəti İlqar Məmmədovla Tofiq Yağublunu azad etməli və ittihamlara əsaslı sübutlar göstərməlidir.
Həmçinin ABŞ və ATƏT İlqar Məmmədovla Tofiq Yaqublunun həbsindən narahatlıq bildiriblər.

Fevralın 4-də REAL lideri İlqar Məmmədovla Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

İsmayıllı hadisələrinə görə həbs edilən hər iki şəxs Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.
Onların ikisi də ittihamı rədd edir.
XS
SM
MD
LG