Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Hilal Məmmədovun məhkəməsində əsas şahid dindirilib - [Video]


Hilal Məmmədovun məhkəməsi önündə səssiz aksiya
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Hilal Məmmədovun məhkəməsi önündə səssiz aksiya

-
Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun qapalı məhkəməsi davam edib. Məhkəmə iclasında şahid qismində Elman Quliyev dindirilib.

Elman Quliyev əsas şahid sayılır. Hilal Məmmədov bu şəxsin ərizəsi əsasında həbs edilib.

Hilal Məmmədovun vəkillərindən Yalçın İmanovun AzadlıqRadiosuna bildirdiyinə görə, şahidin dindirilməsi 2 saat sürüb. Budəfəki dindirməyə məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq əvvəlki prosesdə vəkillərinin fəaliyyətini donduran, məhkəmə iclaslarına ağzını və qulaqlarını bağlayaraq gələn və üzünü divara çevirən Hilal Məmmədov və vəkilləri də qatılıblar.

Vəkilin fikrincə, Hilal Məmmədova qarşı sürülmüş ittihamların saxtalığı Elman Quliyevin dindirilməsi zamanı təsdiqini tapıb.

Növbəti məhkəmə iclası martın 13-də Elman Quliyevin dindirilməsi ilə davam edəcək.

Elman Quliyev özü də 2007-ci ildə dövlətə xəyanətdə və casusluqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Hilal Məmmədovla bağlı ərizələr isə ondan ötən ilin iyul ayında həbsdə olarkən alınıb. Bu ilin fevral ayında cəzası başa çatıb və 7 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Hilal Məmmədov 2012-ci ilin iyunun 21-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. Lakin hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər.

İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG