Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:04

AXCP üzvü Daşqın Məlikov həbs olunub


Daşqın Məlikov
Daşqın Məlikov
-
AXCP Daşqın Məlikovun həbsini siyasi sifariş, Azərbaycan iqtidarının son zamanlar gənclərə qarşı gücləndirdiyi repressiyanın tərkib hissəsi sayır.

AXCP-nin bəyanatında bildirilir ki, «gəncliyi repressiya ilə qorxudub yolundan döndərmək mümkün olmayacaq».

AXCP hakimiyyəti fəal gənclərdən əl çəkməyə, həbs olunanları azad etməyə çağırır.

17:04 - YENƏ NARKOTİK

AXCP üzvü Daşqın Məlikova qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb. Onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu haqda AzadlıqRadiosuna işi aparan Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Elnur Əsədov məlumat verib.

Daşqın Məlikova qarşı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi açılıb.

Daşqın Məlikovun atası Əlisəfa Məlikov AzadlıqRadiosuna deyib ki, oğlu heç vaxt narkotik maddədən istifadə etməyib:

«O, asma xəstəsidir, müalicə olunur. Belə şey ola bilməz».

Ailə üzvləri hesab edir ki, narkotik maddə məsələsi quramadır, Daşqın Məlikov etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunub.

13:41 - AXCP ÜZVÜ SAXLANIB

Martın 25-də Sumqayıt polisi AXCP üzvü 22 yaşlı Daşqın Məlikovu saxlayıb.

Bu haqda AzadlıqRadiosuna onu qardaşı Coşqun Məlikov məlumat verib. Onun dediyinə görə, qardaşının üstündən 100 manat saxta pul çıxıb:

«Həmin pulu 2008-ci ildə mənim toyuma yazdırmışdılar. O vaxtdan Daşqın həmin pulu saxlayırdı. Qardaşım etiraz aksiyalarında fəal idi. Onu izləyirdilər. Necə oldu, neçə il idi tutmurdular. Həm də bu saxta pul haqda o dövrdə polisə məlumat vermişdik. Surətini də çıxartmışdılar. Ancaq indi yadlarına düşdü».

Daşqın Məlikov hazırda Sumqayıt şəhər Polis İdarəsində saxlanılır. Sumqayıt polisindən Daşqın Məlikovun saxlandığını təsdiqlədilər.
XS
SM
MD
LG