Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:05

Polis Zaqatalada etiraz aksiyasına icazə vermir


Zaqatalada Zəlzələdən zərər çəkmiş ev (2012)
Zaqatalada Zəlzələdən zərər çəkmiş ev (2012)
-
Martın 28-də Zaqatala rayonunun Lahıc kəndində kənd sakinləri etiraz aksiyası keçirmək istəyib. Ancaq polis aksiyanın keçirilməsinə imkan verməyib.
Bu haqda AzadlıqRadiosuna Lahıc kəndinin sakini Mövlud İbrahim məlumat verib.
Mövlud İbrahim deyib ki, kənd sakinləri zəlzələdən sonra onlara yardım edilməməsinə etiraz etmək istəyirmiş:

«Ancaq aksiyanın keçiriləcəyindən xəbər tutublar. Dünən axşamdan polis kəndə tökülüb. Qapı-qapı gəzirdilər ki, aksiyaya çıxmayın. Mənim evimə də gəlmişdilər. Səhər də aksiyanın keçirilməsinin planlaşdırıldığı əsas yolu kəsdilər. İndi isə çıxıb gediblər».
Zaqatala rayon polis şöbəsi və icra hakimiyyətindən Lahıc kəndində baş verənlərlə bağlı onlarda məlumat olmadığını bildirdilər.
Fevralın 21-də də Zaqatala rayonunun Lahıc kəndinin sakinləri eyni tələblə aksiya keçirmişdilər. Həmin vaxt rayon icra hakimiyyəti zəlzələdən zərər çəkənlərə yardım üçün kəndə yeni komissiya göndərmişdi.
XS
SM
MD
LG