Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:40

Dövlət Xidmətinin əməkdaşı rüşvət almaqda ittiham olunur


Foto: Arxiv
Foto: Arxiv
-
İttihama görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin əməkdaşı Vaqif Abdullayev Türkan qəsəbəsindən olan çağırışçı gəncin çəki və boyunun normadan aşağı olması barədə saxta sənədlər tərtib edib. Ona dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında hərbi biletin verilməsi müqabilində rüşvət alıb.

İttiham aktında yazılıb ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları İdarəyə daxil olmuş şikayət əsasında bu il yanvarın 30-da onun iş otağında əməliyyat keçiriblər. Vaqif Abdullayev xidməti otağında həmin pulu bir çağırışçının yaxın qohumundan 600 manat rüşvət alarkən yaxalanıb.

Vaqif Abdullayev ibtidai istintaq dindirməsində ittihamlar üzrə özünü qismən təqsirli hesab edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq başa çatandan sonra məhkəmə baxışına göndərilib. Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib və məhkəmə baxışı aprelin 15-nə təyin olunub.

İttiham sübuta yetirilərsə, Dövlət Xidmətinin keçmiş əməkdaşını 2 ildən 7 ilədək həbs gözləyə bilər.
XS
SM
MD
LG