Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Əli Həsənov: «Heç bir media orqanı fəaliyyətinə qadağa qoyulduğunu iddia edə bilməz»


Əli Həsənov
Əli Həsənov
-

«Hakimiyyətin məqsədi azad söz, media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə cəmiyyətlə hakimiyyətin şəffaf bir ortamını yaratmaq idi. Bu artıq öz nəticələrini verib».

Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 2-də Bakıda «Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr» mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Əli Həsənov deyib ki, «bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuat mövcuddur. Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə böyük cəmiyyətik və baş verən hər hansı hadisədən sığortalanmamışıq. Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları yaşanır. Biz bunlardan xali deyilik və iddia da etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulub. Amma bütövlükdə media siyasətinin tendensiyaları və prioritetləri cəmiyyətimizə oturub. Əsas məsələ ondan ibarətdir ki, azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər, jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilər».

Əli Həsənov əlavə edib ki, «Azərbaycandakı hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq».
XS
SM
MD
LG