Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

Gənc fəal narkoman deyilmiş


-
AXCP fəalı Daşqın Məlikov barəsində ekspertiza rəyi elan olunub.

Ekspertizanın nəticələri fəalın xeyrinə olub.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev məlumat verib:

«Ekspertiza rəyi göstərir ki, onda narkotikayla bağlı heç bir əlamət yoxdur. Nə psixoloji, nə əqli, nə də davranışında heç bir əlamət toxdur. İstintaqda Daşqın Məlikovun narkotik qəbul etməsi barədə versiya var. Bu qərar həmin versiyanı təkzib edir. Daşqın da hər dəfə bildirirdi ki, bu, ona qarşı böhtandır».

Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı qurama sayır.
XS
SM
MD
LG