Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:07

Rüstəm İbrahimbəyov: «Milli Şuraya rəhbərliyi qəbul edərəm»


Mahmoud Ahmadinejad və Vladimir Putin
Mahmoud Ahmadinejad və Vladimir Putin
-
AZƏRBAYCAN SENDVİÇ YOX, DÜRMƏK ARASINDADIR

«Ayna» qəzeti «Azərbaycanın sendviçlə dürmək arasında» qaldığını yazır. Qəzet bir müddət əvvəl deputat Səməd Seyidovun «Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…» deyimi ilə politoloq Vəfa Quluzadənin «bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar» deyimini yada salır. Bu arada qəzet «EL» Hərəkatının rəhbəri Eldar Namazovun «dörd tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək» ifadəsini xatırladır. Yazı müəllifinə görə, «balanslaşdırılmış siyasət diplomatiya üçün gərəkli olduğu qədər də mürəkkəb strategiyalardan biridir. Onun iki nəticəsi olur: ya hamı ilə dost, ya hamı ilə düşmən olursan, orta yol yoxdur. Bu mürəkkəb strategiyanın qüsursuz həyata keçirilməsi çox böyük bacarıq , həssaslıq, həm də güclü, peşəkar komanda olmasını tələb edir...».

«AĞIR MƏHRUMİYYƏTLƏR BAHASINA OLSA BELƏ MİLLİ ŞURAYA RƏHBƏRLİYİ QƏBUL EDƏRƏM»

«Hamı qərara gəlsə ki, Milli Şuraya mən sədrlik etməliyəm, bu, mənim üçün çətin olsa da, qəbul edərəm».

Bu fikirləri «Azadlıq» qəzetinə müsahibəsində kinorejissor, Ziyalılar Forumunun təsisçilərindən və Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyov deyib. «Konkret kimisə irəli sürə bilməsələr, ağır məhrumiyyətlər bahasına olsa belə Milli Şuraya rəhbərliyi qəbul edərəm» deyən İbrahimbəyov heç vaxt məsuliyyətdən kənara çəkilmədiyini deyib.

Ramiz Mehdiyevin İranda Qərblə bağlı bəyanatlar verməsi barədə suala gəlincə, o, bundan xəbərsiz olduğunu deyib:

«Mən onu deyə bilərəm ki, Qərb, Şərq, Şimal və Cənub Azərbaycanın yürütdüyü siyasətdən narazıdır.
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
İndi bu narazılığa səbəb siyasətçi Ramiz Mehdiyevdir, yoxsa başqaları-bunu deyə bilmərəm. Amma nə xaricdə, nə də daxildə düzgün siyasət aparılmır».

«GƏRƏK «MİLLİ ŞURA»NIN DƏFNİ BARƏDƏ DÜŞÜNSÜNLƏR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «qondarma «Milli şura» məsələsi müxalifətdaxili qarşıdurmaları yeni müstəviyə çıxarıb». Qəzetə görə, indi radikal müxalifət düşərgəsində mübarizə AXCP-Müsavat və digər partiyalar arasında gedirsə, digər tərəfdə bu çəkişmə özünü «3-cü qüvvə» sayaraq radikallar arasında təşəbbüsə yiyələnmək istəyən Eldar Namazova qarşı yönəlib:

«Bundan sonra gərək Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü qondarma «Milli şura»ya süni nəfəs vermək cəhdlərindən əl çəkib onun dəfni barədə düşünsünlər».

«MƏCBURİ KÖÇKÜNLƏR ARASINDA YOXSULLUQ 75 FAİZDƏN 15 FAİZƏ DÜŞÜB»

«Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb».

Bunu «Azərbaycan» qəzetindəki məqaləsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə
Əli Həsənov
Əli Həsənov
Dövlət Komitəsinin sədri Əli Həsənov yazıb:

«Şübhəsiz ki, bütün bu irimiqyaslı layihələr əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyasının konkret bəhrəsi, nəticəsidir».

«ÖZÜMÜ O DƏRƏCƏYƏ ÇATDIRMARAM Kİ, KİMSƏ MƏNƏ RÜŞVƏT VERSİN»

«Pulgir olsaydım, 8 baş ailə ilə ikiotaqlı mənzildə yaşamazdım».

Bunu «İnter»in sabiq məşqçisi Tofiq Mustafayev «Futbol+» qəzetinə müsahibəsində futbolçulardan rüşvət alması barədə haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

Tofiq Mustafayev valideynlərin klub rəhbərliyinə şikayəti əsasında məşqçilikdən uzaqlaşdırılması barədə deyilənləri təkzib edib. O, səhhətindəki problemlərlə müvəqqəti məzuniyyətdə olduğunu deyib:

«Bu vaxta qədər adım heç yerdə hallanmayıb. Özünü tərifləmək olmasın, həmişə səmimi şəkildə sözümü demişəm. Heç bir valideyn mənə pul təklif etməyib. Özümü o dərəcəyə çatdırmaram ki, kimsə gəlib mənə rüşvət versin».

TƏMİRİNƏ 12 MİLYON MANAT XƏRCLƏNƏN İDMAN SARAYI YENİDƏN TƏMİRƏ DAYANIB
Bakı İdman Sarayı
Bakı İdman Sarayı

«Yeni Müsavat» yazır ki, 12 milyon manat xərclənən Bakı İdman Sarayı yenidən təmirə bağlanıb:

«Xaricdən gətirilən tikinti materialları ilə yenidən qurulan sarayın damı dağılıb, işıqlanma sistemi və üzlüklər tamamilə sıradan çıxıb».

Qəzet bu kimi halların təkcə idman sarayında deyil, digər sahələrdə də baş verdiyini yazır:

««Kristal Zal»a kimi uzanan Bulvar ərazisinə döşənən daş örtükləri sökülərək yeniləri ilə əvəzlənir...».

METRO CƏLBEDİCİLİYİNİ İTİRİR

«Bizim yol» yazır ki, Bakıda «metro nəqliyyatı cəlbediciliyini itirir». Qəzet 45 əvvəl fəaliyyətə başlayan Bakı metrosunun son dövrlər fəaliyyətində çatışmazlıqların artdığını yazır:

«Sərnişin sıxlığı artır, qatarlar gecikir, stansiyalarda və vaqonlarda ventilyasiya sistemi normal işləmir... Nəhayət, daha bir problem, stansiyalarda eskalatorların paralel deyil, növbəli rejimlə işləməsidir. Nəticədə insan növbələri və onların vaxtında işə çatmasına mane olur».
XS
SM
MD
LG