Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:00

"Eurovision 2013"ün sponsoruna qarşı korrupsiya və casusluq iddiaları


İsveçin Malmö şəhərində keçiriləcək Eurovision 2013 mahnı yarışmasının finalına 2 gün qalıb. Tədbirin baş sponsoru İsveçin telekommunikasiya nəhəngi olan TeliaSoneradır.

İsveç mediası və İsabel Sommerfeld kimi hüquq müdafiəçiləri deyirlər ki, TeliaSonera post-sovet ölkələrində diktatura rejimlərinə yardım elədiyindən indi Avropanı təmsil edən bir yarışa sponsorluq etməyə mənəvi haqqı çatmır.


Sommersfeld:

"Bu şirkət buna layiq deyil. Çünki sponsorluqdan öz PR-I üçün istifadə edəcək və üstəlik 125 milyon izləyicisi olan yarışdan pul da qazanacaq. TeliaSonera son vaxtlar iş əxlaqını kobud şəkildə pozmasıyla yadda qalıb. Axı hələ də, öz xalqını əzən rejimlərlə əməkdaşlıq edib, onlara yardım edirlər”.


TELESONERANIN PROBLEMLƏRİ

Hazırda TeliaSonera şirkətinə qarşı bir məhkəmə iddiası var. Özbəkistanda mobil rabitə bazarına girmək üçün prezidentin ailəsinə milyonlarla dollar – 250 milyon dollar rüşvət vermək iddiaları araşdırılır.

2012-ci ilin aprelində İsveçin ictimai TV kanalı – SVT-də yayımlanan araşdırmada TeliaSoneraya qarşı başqa iddialar da irəli sürülmüşdü.

İddialara görə, TeliaSonera lisenziya aldığı ölkələrin xüsusi xidmət orqanlarına casusluq etmək üçün müştəriləri haqda bütün məlumatları verir. Onların yeri, telefon danışıqları, şəxsi hesabları və s.

Belarusda TeliaSonera aid olan TürkCellin yerli operatoru 2010-cu ildəki seçkilərdən sonra hökumətə etirazçıların yerlərini müəyyənləşdirib, həbs etmək üçün imkan yaradıb.

Azərbaycanda, TeliaSonera aid olan Azercell şirkəti jurnalist Aqil Xəlilin mobil telefonu vasitəsiylə izlənməsinə yardım edib.

Gürcüstanda, Geocell şirkəti 2011-ci ildə Rusiyaya işləməkdə ittiham olunan fotojurnalistlər həbs eləmək üçün onların danışıqlarını yazıb hüquq-mühafizə orqanlarına verib.

TeliaSonera Qazaxıstandakı Kcell, Tacikistandakı Tcell və Özbəkistandakı Ucell isə yerli xüsusi xidmət orqanlarına müştəriləri haqda bütün məlumatları verir. Onların yeri, telefon danışıqları, şəxsi hesabları və s.

TeliaSonera isə bildirib ki, bu iddiaları araşdırandan sonra şirkətin keçmiş İcraçı direktoru və bir sıra vəzifəli şəxsləri işdən çıxarılıb və şirkət şəxsi məlumat azadlığının qorunması üçün yeni qaydalar qəbul edib.
XS
SM
MD
LG