Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:53

Iranda prezidentliyə 8 namizəd


İranda iyunun 14-də prezident seçkiləridir. İranın Daxili İşlər nazirliyi namizədlərin siyahısını elan edib.

Saeed jalili
Saeed jalili

Saeed Jalili: 47 yaşlı Jalili 2007-ci ildən İranın nüvə danışıqlarında əsas təmsilçisidir. O, həmçinin Ali Liderin nümayəndəsidir. Jalili İran inqilabçılarının ikinci nəslinə məxsusdur. İraqla müharibədə ayağını itirib. Jalilini ifrat mühafizəkar Ayətulla Yazdi dəstəkləyir, o da prezident Ahmadinejadın dini müşaviridir. Jaliliyə Ali Lider Khameneinin də dəstəyi var. 1990-cı illərdə diplomat karyerasına başlayan Jalili sərt xət tərəfdarıdır və onu İran İslam İnqilab Qvardiyası da dəstəkləyir.

Ali Akbar Velayati: 67 yaşlı Velayati Khameneinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisidir. 1980-1988-ci illərdə İran-İraq müharibəsi dövründə xarici işlər naziri olub. Velayatinin mühafizəkar qanadda dəstəyi var. 2005-ci ildə Rafsanjani prezidentliyə namizəd olanda Velayati öz namizədliyini verməkdən əl çəkdi.
Velayati 1970-ci illərdə ABŞ-da John Hopkins Universitetində yoluxucu xəstəlikləri öyrənib. O, həkimdir və Tehranda xəstəxanası var. Argentina 1994-cü ildə Buenos Airesdə yəhudi mərkəzinin partladılmasında Velayatini ittiham edirdi. O vaxt 85 adam ölmüşdü.

Tehran meri Mohammad Baqer-Qalibaf
Tehran meri Mohammad Baqer-Qalibaf

Mohammad Bagher Qalibaf: 51 yaşlı Qalibaf Tehranın meridir. O, mötədil mühafizəkardır. Eyni zamanda İran İnqilabi Qvardiyasının baş komandanlarından biridir. O, təyyarəçidir və 1996-cı ildə Khamenei onu İnqilabi Qvardiyanın Hava Qüvvələrinə komandan təyin etdi. 2005-ci ildə prezident seçkilərində 14 faiz səs toplamışdı. Siyasi coğrafiya üzrə elmlər namizədidir.

Mohsen Rezaei: 58 yaşlı Rezaei İnqilabi Qvardiyanın keçmiş komandanıdır. 2009-cu il prezident seçkilərində 4-cü oldu. Rezaeinin seçki kampaniyası prezident Ahmadinejadın iqtisadi siyasətini tənqid etmək üzərində qurulmuşdu. Xarizmatik namizəd deyil.

Gholam Ali Haddad Adel: 68 yaşlı Adel 2005-2008-ci illərdə parlament sədri olub. O qatı mühafizəkardır. Ali Liderlə qohumluğu var - Khamenei onun qızının qaynatasıdır. O, İranın fars dili və ədəbiyyatı akademiyasının rəhbəridir.
Fəlsəfə elmləri namizədidir.

Keçmiş vitse-prezident Mohammad Reza Aref
Keçmiş vitse-prezident Mohammad Reza Aref

Mohammad Reza Aref: 61 yaşlı Aref islahatçı prezident Khatami dövründə vitse-prezident olub. Aref texnologiya universitetində professordur.

Hassan Rowhani: 64 yaşlı Rowhani Ali Milli Təhlükəsizlik Şurasının üzvüdür. Bu Şura Ali Lideri seçə və çıxarda bilər. Rowhani keçmiş prezident Rafsanjaniyə yaxındır. 2005-ci il seçkilərindən bəri Rowhani Ahmadinejadın iqtisadi siyasətini tənqid edir. Rowhani Qərb təhsillidir. Qlazqo Universitetioni bitirib. Hüquq elmləri namizədidir.

Mohammad Gharazi: Keçmiş neft və telekommunikasiyalar naziri olan 71 yaşlı Gharazi 8 namizəd arasında ən az tanınandır. 1980-1990-cı illərdə parlamentdə deputata olub. O texnokratdır. Bir vaxtlar sürgün olunan Xalq Mücahidləri müxalifət qrupunun üzvü olub. Bu qrup İraqa keçməzdən əvvəl Gharazi qrupu tərk edib.

XS
SM
MD
LG