Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:18

Şərif Ağayarı AYB-dən xaric etdilər


Şərif Ağayar
Şərif Ağayar
-

Yazıçı Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyindən xaric edilib. İyunun 4-də birliyin katibliyi iclas keçirib, Şərif Ağayarın xaric edilməsi haqqında yekdil qərar qəbul edib. Qərarda deyilir ki, Şərif Ağayar birliyin katibi Fikrət Qocanı təhqir etdiyi, AYB-nin ünvanına böhtanlar səsləndirdiyi üçün üzvlükdən çıxarılıb.

AYB-nin katibi Ədalət Əsgəroğlu «Oxuzalı»na bildirib ki, Şərif Ağayar Allahına şükür etsin ki, bu açıqlamalara görə onu polisə, prokurorluğu vermirik:

«Anar müəllimin şəxsən iştirakı ilə iclas keçirildi və bütün katiblər əl qaldırıb Şərif Ağayarın üzvlükdən xaric olunmasına səs verdilər».

Ş. Ağayar isə bu barədə informasiyanı öz Facebook hesabında «Bədbaxtlar» qeydi ilə paylaşıb. O, «Oxuzalı»na deyib:

«Mən o irtica yuvasından çıxdığım üçün özümü çox rahat hiss edirəm. Mən onların ədəbi monopoliyasında iştirak etməmişəm və heç vaxt da iştirak etməyəcəyəm. Fikrət Qoca sadəcə burda bəhanədir, vəssalam!».

Ş. Ağayar bir neçə gün əvvəl AzNews.az-a açıqlamasında F. Qocaya qarşı sərt ittihamlar səsləndirmişdi: «Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb. Çox sevinərəm ki, AYB-nin gördüyü yarıtmaz işlərin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin. O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı, pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın».
XS
SM
MD
LG