Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:44

Türkiyə rəsmisi etirazçılardan üzr istədi


Türkiyənin baş nazir müavini Bulent Arinc
Türkiyənin baş nazir müavini Bulent Arinc
Türkiyənin baş nazir müavini Bulent Arinc
etirazları dayandırmağa çağırıb və hökumətin 5 günlük hərc-mərclikdən dərs aldığını deyib.
O qeyd edib ki, hakimiyyət insanların səsinə məhəl qoymaya bilməz.

Bir neçə gündür ki, Taksim parında ağacların kəsilməsi və onun yerində ticarət mərkəzi tikilməsinə etiraz olaraq olkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.
Aksiyaçılar həmçinin baş nazir Recep Tayyip Erdoganın istefasını tələb edirlər.

Polislə baş verən toqquşmalarda azı 2 nəfərin öldüyü bildirilir.
Bulent Arinc bu gün buna görə üzr istəyib və ilkin etirazın qanuni narazılığa əsaslandığını deyib.

Onun bəyanatı Erdoganın dedikləri ilə üst-üstə düşmür.
Erdogan bu etirazlara görə ekstrmist qüvvələri günahlandırır.
XS
SM
MD
LG