Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:39

«Hassan Rohani rejimin yetişdirdiyi bir kadrdır»


Tehranın şimalında Hassan Rohani-nin qələbəsi qeyd edilir
Tehranın şimalında Hassan Rohani-nin qələbəsi qeyd edilir
-

«Prezidentliyə altı namizəddən altısının da seçilməsi gözlənilən idi. Çünki onların hər biri rejimin bəyənib, səsverməyə buraxdığı kadrlar idi. O baxımdan Hassan Rohani-nin seçilməsində qeyri-adilik yoxdur».

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bu fikirdədir. İranda prezident seçkilərinə münasibət bildirən siyasi şərhçi Hassan Rohani-nin Azərbaycan-İran münasibətlərinə yeni dalğa gətirəcəyinə də inanmır:

«İranda bir qayda olaraq daxili və xarici siyasəti yürüdən şəxs prezident deyil. Prezident icra aparatının rəhbəridir. Ölkənin bütün bu kimi siyasətini həll edən Ayatollah Khomeini və onun rəhbərlik etdiyi dövlət idarəetmə institutlarıdır. Bu baxımdan Rohani-nin seçilməsinin Azərbaycan-İran münasibətlərinin yumşalması və ya sərtləşməsinə heç bir təsiri yoxdur».

ROHANİ AZƏRBAYCANI İRAN ÜÇÜN TƏHLÜKƏLİ HESAB EDİR

Sədrəddin Soltan
Sədrəddin Soltan
Sədrəddin Soltan deyir ki, seçkiqabağı kampaniyasında Rohani Azərbaycanı İran üçün təhlükəli dövlətlərdən biri hesab edib:

«Bununla belə, Heydər Əliyevin hakimiyyəti zamanı sərhəd pozulması məsələsində danışıqlar üçün Azərbaycana məhz Rohani gəlmişdi, Xəzərlə bağlı məsələlərdə də tez-tez gəlib-gedib».

S. Soltana görə, Hassan Rohani nə islahatçı, nə demokrat, nə də fərqli düşüncə sahibidir, sadəcə rejimin yetişdirdiyi bir kadrdır.

«İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YUMŞALA BİLMƏZ»

Hassan Rohani-nin seçkilərdə qalib gəlməsi Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli üçün də gözlənilməz olmayıb. Hazırda İranda siyasi vəziyyətin ağır olduğunu deyən, Əlyar Səfərli Rohani-nin bu durumda nəyisə dəyişdirəcəyinə inanmır. İran-Azərbaycan münasibətlərinin perspektivinə gəlincə:

«İranla Azərbaycan arasında münasibətlər yaxşılaşa bilməz, mümkün deyil. Rohani bununla bağlı heç bir iş görə bilməz. Çünki 40 milyon azərbaycanlı ayağa qalxıb mübarizə aparır, günü-gündən qüvvətlənir. Azərbaycanlıların tələbləri yerinə yetməyincə, istədiklərinə nail olmayınca Azərbaycan münasibətləri yaxşılaşa bilməz».

Əliyar Səfərli
Əliyar Səfərli
Ə. Səfərli onu da qeyd edir ki, Rohani-nin azərbaycanlılara münasibəti rejimin münasibətindən fərqli deyil və dəyişməyəcək də.

İranda prezident seçkiləri iyunun 14-də keçirilib. İslahatçıların namizədi Hassan Rohani 50.07% səslə seçkilərdə qalib gəlib.

Hassan Rohani 1948-ci ildə anadan olub.

1969-cu ildə Tehran Universitetinə qəbul edilərək hüquq təhsili alıb. 1972-ci ildə Böyük Britaniyanın Qlazqo Universitetində doktorluq elmi dərəcəsi qazanıb.

Ayatollah Khomeini-nin silahdaşlarından olan Hassan Rohani 1979-cu il islam inqilabından sonra bir neçə dəfə İran parlamentinin deputatı, İran-İraq müharibəsi illərində (1980-1988) Ali Müdafiə Şurasının üzvü olub. Hazırda keçmiş prezident Hashemi Rafsanjani-nin başçılıq etdiyi Məsləhət Şurasının üzvüdür.

Azərbaycan prezidenti İlham Əliyev seçkilərdə qalib gəlməsi münasibətilə Hassan Rohaniyə təbrik məktubu yollayıb.
XS
SM
MD
LG