Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:05

Parlamentə özü ilə kabel gətirdi


Ishkhan Zakarian
Ishkhan Zakarian
-
Ötən həftə Ermənistanın Nəzarət Palatasının sədri Ishkhan Zakarian parlamentə özüylə kabel gətirib. Məqsədi deputatlara dövlət büdcəsi hesabına 100 dramlıq kabelin 1000 drama alındığını əyani şəkildə göstərmək olub.

«Məhkəmələr tikiləndə adi kabeldən istifadə edirdilər. Bu kabelin bir metrinin qiyməti 110 dramdır. Məndə qəbzi var, hərçənd, smetada bu kabelin 1 metrinin qiyməti 1007 dram göstərilib».

Nəzarət Palatasının sədri bildirib ki, ölkə ehtiyacları üçün alınan mal və xidmətlər üçün dövlət real qiymətdən daha artıq pul ödəyir. O, dövlət büdcəsinin israf olunmasına dair başqa bir nümunə də gətirib, məhkəmələrdəki pəncərələrdən söhbət açıb. Nəzarət Palatasının məlumatına əsasən, 1 kvadratmetr metal-plastik pəncərənin qiyməti smetada qəsdən 85 min dram göstərilsə də, faktiki olaraq ona 53 min dram ödənilir. Hərçənd, bu cür pəncərənin bir kvadratmetrinin qiyməti də 53 min deyil, cəmi 30 min dramdır.

Zakarian-ın açıqladığı faktlar Ermənistan parlamentin sədri Hovik Abramian-ın təəccübünə səbəb olub. O, «bu, soyğunçuluqdur» deyə, reaksiya verib:

«Bəzi adamlar büdcə pullarını sovurur, biz isə onlara qarşı heç bir tədbir görmürük. Hesab edirəm ki, baş nazir ciddi ölçü götürməlidir».

XƏSTƏLƏTƏ YEMƏK VERİLMİR

Hovik Abramian baş nazir Tigran Sargsyan-dan büdcəni soyanların işdən qovulmasını tələb edib. Bununla belə, spiker ölkədə «sistemli qarət»in getdiyi fikri ilə razılaşmadığını bəyan edib:
Hovik Abramian
Hovik Abramian

«Bu tribunadan cinayət, soyğunçuluqla bağlı əsassız ittihamlar səslənib və ictimaiyyətdə elə fikir formalaşıb ki, guya sistemli qarət mövcuddur. Mən buna qarşıyam və bu cür insanları tənqid edirəm».

Ermənistan büdcəsindəki oğurluqla bağlı söz-söhbət bununla bitməyib. Bir neçə gün sonra yeni faktlar da üzə çıxıb. Ermənistanın Maliyyə Nazirliyində maliyyə nəzarəti müfəttişliyinin rəhbəri Sona Gharibyan yoxlamaların nəticəsini təqdim edib. Məlum olub ki, kəndlilərə yardım dövlət proqramı çərçivəsində dizel yanacağının alınması zamanı çoxsaylı pozuntulara yol verilib. Daha çox pozuntu Ararat vilayətində qeydə alınıb: təkcə bu vilayətdə dövlət büdcəsinə 83 milyon dram (201 min ABŞ dolları) ziyan dəyib.

Gharibyan, həmçinin, səhiyyə sahəsindəki pozuntular barədə də məlumat verib. O bildirib ki, uzun illərdir dövlət sifarişi çərçivəsində həyata keçirilən müalicəyə yemək xərci də daxildir. Halbuki cəmi 3 xəstəxanada indiyədək xəstələrə yemək verilib.

KORRUPSİONER KORRUPSİONERİN CƏZALANDIRILMASINI İSTƏYİR

Müxalif Erməni Milli Konqresinin parlament fraksiyasının üzvü Nikol Pashinian-ın baş verənlərə münasibəti fərqlidir:
Nikol Pashinian
Nikol Pashinian

«Rusiya və Ermənistan mətbuatına əsasən, Ermənistan parlamentinin hazırkı sədri Hovik Abramian dövlət vəzifələrində 20 illik fəaliyyəti ərzində Ermənistanın ən iri sahibkarlarından birinə çevrilib. O, axtara-axtara hələ də tapa bilmir ki, bizim ölkəni belə amansızcasına talayan quldurlar kimlərdir. Ətraf mühiti müdafiə naziri vəzifəsində çalışarkən adı korrupsiya qalmaqalında hallanan Vartan Ayvazyan isə bütün korrupsionerlərin üzə çıxarılıb cəzalandırılmasını tələb edir».

Nikol Pashinian Nəzarət Palatası sədrini tənqid etməyi də unutmayıb, bildirib ki, Ishkhan Zakarian parlamentin tribunasından korrupsiya haqda danışır, ancaq 9 ay ərzində özünə milyonlarla dollar dəyəri olan villa tikdirib:

«Mən, cənab Zakarian-ın parlamentin tribunasından qəhrəmancasına başqalarının büdcədən sui-istifadə etməsi haqda danışmasına təəccüb edirəm».
XS
SM
MD
LG