Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

Almaniya ABŞ-ın gizli dinləmələrini “qəbul edilməz” adlandırır



Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert bildirir ki, əgər Vaşinqtonun Avropa Birliyindən olan müttəfiqlərini gizli dinləməsi barədə yayılan məlumatlar doğrudursa, bu, yolverilməz davranışdır. O iyulun 1-də jurnalistlərə bildirib ki, kansler Merkel bu xəbərləri eşidib məyus olub.

Bazar ertəsi Britaniyada çap olunan “The Guardian” qəzeti ABŞ kəşfiyyatından qaçmış Edward Snowden-dən aldığı sənədlərə istinadla yazıb ki, Vaşinqton özünün Avropa Birliyindən olan və bu birlikdən kənardakı müttəfiqlərini izləyirmiş. İddialara görə ABŞ kəşfiyyatı Fransa, italiya, Yunanıstan, Yaponiya və Türkiyənin ABŞ ərazisindəki nümayəndəliklərini gizli şəkildə dinləyib.

Almaniyanın “Der Spigel” dərgisi də yazır ki, ABŞ kəşfiyyatı yuxarıda adı çəkilən dövlətlərin Vaşinqton, Nyu-York və Brüsseldəki nümayəndəliklərini, eyni zamanda Almaniyanın rabitə xətlərini izləyib.

Vaşinqton iddialara yaxın vaxtlarda aydınlıq gətirəcəyini qeyd edir.
XS
SM
MD
LG