Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Məhkəmələrdə yenilik: Prokurorluğun təsiri azalacaq


Tbilisi şəhər Məhkəməsində proses
Tbilisi şəhər Məhkəməsində proses
-
Gürcüstanda 3 min 950 vəkil var. Hüquq təhsili almış hər hansı adam vəkil ola bilər. Bu statusu bəlli imtahandan sonra Vəkillər Assosiasiyası verir. Vəkil öz statusunu qorumaq üçün ilboyu mütləq 10 saat ixtisası üzrə çalışmalıdır. Gözlənilir ki, 2014-cü ildən 15 saat işləmək lazım gələcək. İxtisas imtahanın da çətinləşəcəyi deyilir.

ETİKA KOMİSSİYASI PEŞƏ STANDARTLARINI QORUYUR

Vəkillər Assosiasiyasının tərkibində olan etika komissiyası peşə standartlarını qoruyur. Vəkillərə qarşı intizam tədbirlərini də həmin komissiya gerçəkləşdirir. Etika komissiyasının sədri Ekaterine Gasitashvili deyir ki, son illər vəkillər tez-tez prokurorluğun təsiri altına düşürlər. Ancaq vəkillərin də etik kodeksi pozduğu hallar olub. Belə hallarda komissiya sanksiyalara əl atır. Vəkillərdən şikayətlərə gəlincə:

«Adətən, müştərilər şikayət edir. Onların fikrincə, vəkillər öz işini görərkən, ünsiyyətdən qaçır və ünsiyyət öhdəliklərini yerinə yetirmirlər. Vəkillərin həmkarlarından da çox şikayət gəlir və belələri şikayətçilərin statistikasında 2-ci yeri tuturlar. Ötən il bizə məhkəmələrdən də şikayət daxil olurdu. Onlar vəkillərin bu və ya digər fikir və yazılı müraciətlərinin ifadə azadlığına və peşəkar vəkil məcəlləsinə uyğunluq dərəcəsini sorğulayırlar».

Ekaterine Gasitashvili-nin dediyinə görə, etikası komissiyasının vəkilliyə bir neçə illiyə xitam verdiyi hallar da olub.

PROBLEMLƏR... HÖKUMƏTİN MƏHKƏMƏLƏRƏ MÜNASİBƏTİNDƏN QAYNAQLANIR

Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Kakha Kokhreidze deyir ki, komissiyanın işi yolunda getsə də, ixtisas imtahanları çətinləşsə də, vəkillər xeyli problemlərlə üzləşməkdədir. Onun fikrincə, bu problemlər, əsasən, hökumətin məhkəmələrə münasibətindən qaynaqlanır. Vəkillərin fəaliyyəti isə məhkəmələrin işindən asılıdır:

«Vəkil öz peşəkarlığı, çalışqanlığı və əməksevərliyi hesabına uğur qazana bilmirdi. Xüsusən, cinayət məcəlləsi, inzibati hüquq və daha sonra mülki hüquqla bağlı işlərdə.
Kakha Kokhreidze
Kakha Kokhreidze
Vəkillər maksimum səy göstərsələr də, arqumentlər tapsalar da, ölkə və Avropa qanunvericiliyini bilsələr də, müsbət nəticə əldə edə bilmirdilər. Axı işi udmaq üçün yetərincə hüquqi sübut olmurdu».

Kakha Kokhreidze deyir ki, məhkəmə prokurorluğun təsiri altında idi. Belə hallar ictimaiyyətin vəkillik qurumlarına inamını ciddi şəkildə sarsıdır. Araşdırmalar nəticəsində vətəndaşların, adətən, prokurorla yaxın əlaqəsi olan, prosessual razılaşma əldə edə bilən vəkillərə üstünlük verdiyi üzə çıxıb.

Gənc Hüquqşünaslar Assosiasiyasının sədrinin fikrincə, qanunvericilikdə də boşluqlar vardı. Çəkişmə prinsipi əsas götürülsə də, məhkəmənin gedişində prokurorluq, açıq-aşkar, üstünlük qazanırdı.

QANUN DƏYİŞİKLİYİ NƏ VERƏCƏK?

Qeyd etmək lazımdır ki, ötən ay Ədliyyə Nazirliyi Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsini parlamentə təqdim edib. Parlamentin təsdiqlədiyi dəyişikliklər 2014-cü ilin sentyabrın 1-dən qüvvəyə minəcək. Bu da var ki, dəyişikliklərlə bağlı vəkillərlə vətəndaş cəmiyyəti arasında fikir ayrılıqları qalmaqdadır.

Təlimata əsasən, vəkillər axtarış və müsadirə üçün məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Ancaq Kakha Kokhreidze deyir ki, bu dəlillərdən ilkin istifadə üstünlüyündən hələ də prokurorluq yararlanır. Tutalım, vəkil müdafiə məqsədilə sübut əldə etmək üçün məhkəməyə ərizə yazır və bu müraciət təmin olunur. Bu zaman bilinsə ki, konkret sübut ittiham tərəfin xeyrinədir, onda belə çıxır ki,
Tbilisi şəhər Məhkəməsi
Tbilisi şəhər Məhkəməsi
müdafiə tərəfi öz maraqlarına zidd olaraq məhkəməyə üz tutub.

Bu, konstitusion prinsipə ziddir, axı heç kim öz əleyhinə ifadə verməyə məcbur deyil.

«BƏRABƏRLİK YA VAR, YA YOXDUR»

Önəmli məsələlərdən biri də müdafiə tərəfinin istisna hüququndan yararlana bilməməsidir. Yəni, ilkin dinləmə zamanı müdafiə və ittiham tərəfləri öz sübutlarını paylaşır və işə baxılarkən onlar qarşı tərəfi əvvəlcədən məlumatlandırmadıqları sübutları təqdim edə bilməzlər. Kakha Kokhreidze deyir ki, əvvəllər müdafiə tərəfinin əsas dinləmədən öncə qarşı tərəfə vacib bir dəlili təqdim etməmək hüququ vardı və bu, müdafiəyə az da olsa üstünlük qazandırırdı.

Axtarış və müsadirə ilə bağlı qanun indiyədək olmadığından Vəkillər Assosiasiyası İcraiyyə Şurasının üzvü Zviad Kordzadze bu qanunun qəbulunu müsbət dəyərləndirir. Amma o, bir məqamdan narazıdır –qanun yalnız gələn ilin payızından icra olunacaq:

«Əvvəlki hökumət dönəmində uzun zaman müzakirəsi aparılan məsələlərdən daha biri şahidlərin yalnız məhkəmə zamanı dindirilməsi idi. Bu məsələdə irəliləyiş görünür, çünki məhkəmə çəkişmə prinsipinə əsaslanır. Qanunun qüvvəyə minməsi ertələnib – bu ilin sentyabrınacan. Bütün bunlar problemdir, məncə, düzəlişlər qaçılmazdır. Axı qismən bərabərlik olmur. Bərabərlik ya var, ya yoxdur».
XS
SM
MD
LG