Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:41

«N!DA» fəalının şikayəti təmin olunmadı


İyulun 11-də Bakı Apellyasiya Məhkəməsində «N!DA» Vətəndaş Hərəkatının üzvü Fuad Hacıyevin şikayətinə baxılıb.

Onun şikayəti təmin olunmayıb və Xətai Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Rüstəm Zülfüqarov məlumat verib:

«Məhkəmənin bu qərarı qanunsuz və əsassızdır. Orada yalnız bir polis şahid kimi ifadə vermişdi. Onun da şahid ifadəsini məhkəmə sübut kimi qəbul etdi. Fuad Hacıyevi evdən aparan zaman onun yanında qonşuları, qohumları da olmuşdu. Onun əməlində ümumiyyətlə polisə müqavimət olmayıb. İnzibati tərkib olmadığı halda onu həbs ediblər».
Fuad Hacıyev iyulun 4-də Bakıda, Qaraşəhərdə evləri sökülənlərə az kompensasiya verilməsinə etiraz etdiyi üçün həbs olunub.

Xətai Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilib. Gənc fəal 10 sutka azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG