Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:48

Pamukun təsirləndiyi türk yazarın kitabı


-

"Qanun" nəşriyyatı görkəmli türk yazıçısı Əhməd Həmdi Tanpınarın ən məşhur romanı - "Hüzur"u Azərbaycan dilində çap etdi.

XX әsrin realist vә modernist türk yazıçısı vә şairi Әhmәd Hәmdi Tanpınarın (1901 – 1962) “Hüzur (Könül rahatlığı)” romanında Türkiyә Cumhuriyyәtinin quruluş illәrindә Osmanlı mәdәni mirası ilә müasir qәrb mәdәniyyәti arasında tәbәddülata uğrayan, mәdәni inqilab dönәmini yaşayan, yeni mәdәniyyәti qәbul etmәk vә yә etmәmәk dilemması arasında sıxışan türk ziyalısının daxili dünyası tәsvir edilir.

Xәstәlik, ölüm, eşq, tarix, sәnәt, ictimai mәsәlәlәr, müxtәlif әhvali-ruhiyyәlәr vә estetik fikirlәrin iç-içә verildiyi әsәrin qәhrәmanı Mümtazla Nuranın eşqi romamın ana xәttini tәşkil edir.

İkinci dünya müharibәsi әrәfәsindә könül rahatlığı üçün yeni dünya görüşünә, yeni hәyat tәrzinә qovuşa bilmәyәn türk ziyalılarının hüzursuzluqlarını, daxili rahatsızlıqlarını anladan әsәrdә hadisәlәrin cәrәyәn etdiyi İstanbul Mümtazla Nuranın eşqlәrinin yaşandığı mühit olmaqdan çıxıb sanki bir romanın qәhrәmanına çevrilir.

Tanpınarın Nobel mükafatlı türk yazarı Orxan Pamukun yaradıcılığına böyük təsiri olub.

Türkcədən tərcümə: Hacali Nәcәfoğlu
XS
SM
MD
LG