Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:15

Əli Kərimli: «Xalqı dəyişikliyə inandıra bilsək…» [Video]


Milli Şura üzvləri gənclərin suallarını cavablandırdı
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Milli Şura üzvləri gənclərin suallarını cavablandırdı

-
«Rüstəm İbrahimbəyovla bağlı risk həddindən artıq çoxdur».

Bunu iyulun 20-də Milli Şura üzvlərinin gənclərlə görüşündə Müsavat başqanı İsa Qəmbər deyib.

O, Milli Şura ideyasının müsbət və uğurlu olmasına çalışmağın vacib olduğunu deyib:

«Vahid namizədin Müsavat və AXCP-dən olması o qədər vacib deyil. Biz demirik ki, Milli Şura Müsavatın namizədini qəbul etsin. Biz deyirik ki, Rüstəm bəyin namizədliyinin qeydə alınmaması ehtimalı var. Bu risk də aradan qaldırılmalıdır. Müsavat Partiyası Rüstəm bəyin Azərbaycana gələrək siyasi proseslərin qarşısına keçməsini həddindən çox istəyir. Cəmiyyətin hazır olduğu, bizim hazır olduğumuz model budur. Rüstəm bəylə bağlı risk həddindən artıq çoxdur. İstənilən halda siyasətçi bütün variantlara hazır olmalıdır».

AXCP sədri Əli Kərimli Milli Şura ideyasının xalq arasında çox populyar olduğunu deyib:

«Bizim mübarizəmiz dinc mübarizədir. Dinc mübarizədə effekt əldə etmək üçün kütləviliyə nail olmalıyıq. Biz Azərbaycan xalqının içərisində olan qorxunu çıxarmalı, onların ümidlərini özlərinə qaytarmalıyıq. Milli Şuranın çox populyar namizədinin olması da bizə kömək edir. Biz Azərbaycan xalqını qarşıdakı üç ayda dəyişikliyə inandıra bilsək, bu hakimiyyəti yola salacağıq».

Politoloq Zəfər Quliyev isə seçkiqabağı hakimiyyətin beynəlxalq aləmdən istədiyi dəstəyi qazana bilmədiyini söyləyib. «Hakimiyyət o dəstəyi itiribsə, biz o dəstəyi qazanmalıyıq», - deyə politoloq qeyd edib.

Görüş N!DA Vətəndaş Hərəkatının təşəbbüsü ilə keçirilib.
XS
SM
MD
LG