Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13

Ən çox korrupsiya şikayətləri olan qurumların adları açıqlandı


Arxiv foto
Arxiv foto
-


Bu ilin ilk altı ayında Azərbaycanda korrupsiya və rüşvət ittihamları ilə 200 nəfərə cinayət işi açılıb. İttiham olunanlardan da heç biri sonradan məhkəmədə bəraət ala bilməyib.

Baş Prokuroluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin “Azərbaycan” qəzetində yazdığı məqalədə belə deyilir.

Kamran Əliyev qeyd edir ki, son altı ayda 3 milyon 358 min manat dəyərində əmlaka həbs qoyulub, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon manata yaxın ziyan ödənib.
Kamran Əliyev həmçinin qeyd edir ki, son vaxtlar

çoxmənzilli yaşayış binalarının tikintisi və həmin binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntuları, dələduzluq barədə onlıara məlumatlar daxil olur. O, həmin sahədə qanun pozuntularının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsinə dair təkliflər hazırlayıb dövlət orqanlarına göndərdiklərini bildirir. Amma həmin təkliflərin mahiyyəti haqqında konkret məlumat vermir.

Kamran Əliyev daha çox şikayətlər olunan ünvanlı dövlət sosial yardımının təyin olunması, ödənilməsi, əlilliyin müəyyən edilməsi sahəsində korrupsiya hallarının aradan qaldırılması üçün də təkliflər hazırlayıb Nazirlər Kabinetinə göndərdiklərini yazır.

İdarə rəisinin yazdıqları ilə burada daha ətraflı tanış ola bilərsən.

Kamran Əliyev iyulun 23-də keçirdiyi mətbuat konfransında həmçinin vurğulayıb ki, son 6 ayda rüşvət və korrupsiyaya dair açılan 100 cinayət işindən 17-i özəl sektorla bağlıdır.

İdarə rəisi korrupsiya şikayətlərinin sayına görə idarələri belə sıralayır:
  1. Bank sektoru 6 şikayət,
  2. Bələdiyyələr 6 şikayət,
  3. Təhsil sahəsi 6 şikayət,
  4. Ticarət sahəsi 6 şikayət,
  5. Təbiəti mühafizə sahəsi 5 şikayət,
  6. Səhiyyə sahəs 4 şikayət,
  7. Sosial müdafiə sahəsi 3 şikayət
  8. Yerli icra hakimiyyəti orqanları 2 şikayət,
  9. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 1 şikayət,
  10. Vergilər Nazirliyinin audit xidməti 1 şikayət,
  11. Məhkəmələr 1 şikayət,
  12. Mətbuat ilə bağlı 1 şikayət,
  13. Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı 1 şikayət,
  14. Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi üzrə 1 şikayət,
  15. «Azərenerji» 1 şikayət,
  16. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 1 şikayət
Bu yaxınlarda Transparency İnternational beynəlxalq anti-korrupsiya təşkilatının iyulun 9-da yaydığı «Qlobal Korrupsiya Barometri 2013» hesabatında da Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə sahəsində gördüyü işlərin bəzi nəticələr verdiyi vurğulanır.

Amma yerli mediada verilən xəbərlərdə və ekspert rəylərində ölkədə korrusiya və rüşvətxorluğun səviyyəsində ciddi azalma müşahidə olunmadığı deyirlir.

Yuxarıda qeyd olunan siyahı barədə sən nə düşünürsən?
Ən çox korrupsiyalaşmış sahələri sıralayası olsaydın, sən hansı idarəni lap başda yazardın?
Cavabını aşağıdakı foruma yaz, polemikaya sən də qoşul.
XS
SM
MD
LG