Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Şahzadə Diananın ölümü ilə bağlı yeni təhqiqat başlanıb


Şahzadə Diana Moskvada uşaq xəstəxanasını ziyarət edir, iyun, 1995
Şahzadə Diana Moskvada uşaq xəstəxanasını ziyarət edir, iyun, 1995
-

Britaniya polisi Scotland Yard Uels şahzadəsi Diananın ölkə silahlı qüvvələrinin nümayəndəsi tərəfindən qətlə yetrildiyi barədə yeni informasiyanı araşdırır.

Polis bildirir ki, xüsusi xəfiyyələrə “yenicə daxil olmuş informasiyanı” araşdırmaq tapşırılıb.

Mətbuara sızan xəbərlərə görə sözügedən informasiya Bələdiyyə polisinə Krallığın Hərbi Polisi tərəfindən verilib.

Öz növbəsində hərbi polis informasiyanı keçmiş hərbçinin qaynanası və qaynatasından alıb.

Dosyedə Britaniya Xüsusi Aviasiya Xidmətinə (Special Aviation Service – SAS) aid materialların və Şahzadənin məxfi gündəliyindən alınmış informasiyaların daxil olduğu barədə xəbərlər sızıb.
Diana, Princess of Wales
Diana, Princess of Wales

Scotland Yard materialların mahiyyətini açıqlamaqdan imtina edib.

QƏZA, YOXSA QƏTL?

Bəlli olan budur ki, polisin xüsusi cinayətlər və əməliyyatlar bölümünün xəfiyyələri Şahzadənin, onun sevgilisi Dodi Fayedin və sürücü Henri Paul-un qətlə yetirlib-yetrilmədiyini aşkara çıxarmalıdırlar.

Maraqlıdır ki, bundan əvvəl Dodi-nin atası Mohammed Fayed tərəfindən irəli sürülmüş qətl barədə iddialar istintaq tərəfindən rədd edilmişdi.

Buna baxmayaraq, Şahzadənin sadəcə olaraq avtoqəzada həlak olmasına inanmayanlardan fasiləsiz olaraq iddialar irəli sürülür.

Polis bildirib ki, yeni iddia xarakterinə görə diqqətsiz qala bilməz.

Bununla belə, Scotland Yard-ın bəyənatında deyilir ki, yeni araşdırma əvvəlki təhqiqatın yenidən açılması demək deyildir.

Mətbuat xəbər verir kİ, Şahzadənin ölümü barədə yeni təhqiqata başlanması barədə qərar yüksək səviyyədə qəbul edilib.

Xəfiyyələr sözü gedən informasiyanın artıq xitam verilmiş təhqiqatda araşdırılıb-araşdırılmadığını aşkar etməlidrlər.

Əgər bu informasiya ilkin istintaq zamanı öyrənilməyibsə, onda tammiqyaslıı yeni istintaqa başlanacaq.

Son hadisələr Uels Şahzadəsinin Paris tunellərindən birində avtomobil qəzası nəticəsində həlak olmasının 16-cı ildönümünə təsadüf edir.

Bu qəzanın dərhal ardınca keçirilən təhqiqat “avtomobilin səhlənkar idarə edilməsi nəticəsində törədilmiş ölümlər” nəticəsinə gəlmişdi. Qətnamədə deyilirdi ki, sürücü Henri Paul-un qanında alkoqolun miqdarı normadan iki dəfə artıq olub.

Ən son məlumatlara görə polis qətli törətdiyi söylənilən hərbçinin boşanmış xanımı ilə söhbət edib.

ƏRƏB BRİTANİYA ŞAHZADƏSİNİN BABASI OLMAQ İSTƏYİRDİ

Diananın ölümündən sonra dövlət tərəfindən aparılan istintaq Şahzadənin Britaniya casusları tərəfindən və ya kraliça İkinci Elizabeth-in əri Edinburq hersoqunun sifarişi ilə qətlə yetirildiyi barədə iddiaları rədd etmişdi.
Şahzadənin qəzaya düşdüyü avtomobil
Şahzadənin qəzaya düşdüyü avtomobil

Bu iddiaları Şahzadə Diananın sevgilisi Dodi Fayedin atası Mohammed qaldırmışdı.

Qəzadan bir qədər əvvəl Britaniya rəsmi dairələri ilə o qədər də xoş münasibətlərdə olmayan Mohammed Fayed, Diananın oğlundan hamilə olduğu, özünün isə tezliklə Britaniya vəliəhdinin babası olacağı barədə lovğa bəyanatlar verirdi.

Londonun məşhur Harrods mağazasının keçmiş sahibi Mohammed Fayed-ə uzun illər idi ki, Britaniya vətəndaşlığı verilmirdi. O heç indi də Britaniya vətəndaşı deyil.

Şahzadə Diananın ölümünün qəza olmadığını iddia edən konspirasiya nəzəriyyəçiləri bu qənaətdədirlər ki, kraliça ailəsi, başqa sözlə dövlət, Mohammed Fayed-in getdikcə azğınlaşan bəyanatlarına biganə qala bilməzdi.

Bukingem Sarayından son xəbərlər barədə heç bir şərh verilmir.
XS
SM
MD
LG