Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:57

Suriya hökuməti kimyəvi silah işlətmədiyini deyir


Foto arxiv
Foto arxiv
Suriya hökuməti Dəməşq ətrafında üsyançılara qarşı kimyəvi silah işlədilməsi barədə müxalifətin məlumatını rədd edir.

Müxalifət fəaalları zəhərli raketin partlaması nəticəsində təxminən 1300 adamın öldüyünü xəbər verirlər.

Suriyanın hökumət televiziyası bəyan edib ki, məqsəd bu məqsədlə yoxlama aparmaq üçün ölkəyə gələn BMT müfəttişlərini öz missiyasından yayındırmaqdır.

Bundan əvvəl də Suriyada kimyəvi silah işlədilməsi barədə məlumatlar yayılıb və BMT məsələmni araşdırmaq üçün bazar günü Suriyaya müfəttişlər qrupu göndərib.

29 aydır ki, Suriyada davam edən vətəndaş müharibəsində azı 100 min adam ölüb.
Üsyançlar prezident Bashar Assadın istefasını tələb edirlər.
XS
SM
MD
LG