Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:02

«İnsanlar müalicə üçün xaricə üz tuturlar»


İlham Əliyevin Tibb Universitetində görüş zamanı (Foto: president.az)
İlham Əliyevin Tibb Universitetində görüş zamanı (Foto: president.az)
-
13 sentyabr - Media icmalı

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Tibb Universitetində müəllim-tələbə heyəti ilə görüşündəki çıxışını dərc edib.
Prezident deyib: «Elə etməliyik ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək təhsil almaq üçün imkan olsun. Səhiyyə sahəsində də o səviyyəni təmin etməliyik».
İlham Əliyev bildirib ki, səhiyyə sahəsində gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunmalıdır. Bundan başqa, həkimlərin peşəkarlığı, bilikləri artmalıdır.

İlham Əliyevin Azərbaycan vətəndaşlarının xaricdə müalicəsinə də toxunub: “Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır”.
İslam Partiyasının sədri Mövsüm Səmədov «Mediaforum»a bildirib ki, prezidentə əfv ərizəsi ilə müraciət etmək fikrində deyil: «Əfvi o şəxs istəyə bilər ki, həqiqətən də hansısa bir günah əməl və yaxud cinayət törətmiş olsun. Bütün ictimaiyyətə bəllidir ki, islamçıların həbsi siyasi sifarişdir. Bu həbsin əsas səbəbi dini atributlara qarşı addımlara və ədalətsizliyə etirazımız olub. Bu halda kim kimdən və nəyə görə əfv istəməlidir?»
«Azadlıq» qəzeti sual edir: «Putinin hədəsinin arxasında nə dayanır?»
Vladimir Putin
Vladimir Putin
Politoloq Vəfa Quluzadə qəzetə Suriya məsləsinin Moskva üçün böyük əhəmiyyət daşıdığını deyib: «Suriyanı Rusiya silahlandırıb, Rusiyanın hərbi donanması ordadır. Bəşər Əsəd də ölkənin sərvətlərini Rusiya silahına xərcləyir. Bu, Rusiya üçün həm də maddi məsələdir. Amerikanın məqsədi isə Suriyada vəziyyəti dəyişib Qərbyönlü rejim gətirməkdir». Politoloq Vaşinqtonun Moskva ilə bu yöndə bazarlıq edədyini bildirir.
Vəfa Quluzadənin fikrincə, Suriya vurulacağı təqdirdə nə İran, nə də Rusiya Amerika ilə müharibəyə hazır deyil.
«Exo» yazır: «İlin sonunadək Böyük Bakının regional inkişaf planının nümunəsi hazır olacaq».
Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyib ki, planın işlənməsi təxminən 5 milyon manata başa gələcək. Bu plana Sumqayıt və Xırdalanın baş planı da daxildir.
Qəzet yazır ki, yeni planda Bakının köhnə Kubinka və Sovetski adlanan ərazilərinin də dağıdılıb yerində parkların, yaşayış və ofis binalarının tikintisi gözlənir.
XS
SM
MD
LG