Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:54

Mövlud Mövlud. Nigar Köçərli nə istəyir?


Mövlud Mövlud
Mövlud Mövlud
-

- Bəri bax, o Elxan Qaraqan qağamız, heç ömründə bir adama bir sillə vurubmu? Hay?


Azadlıq Radiosunun "Pen klub" proqramındakı "Azərbaycanda hansı yazarların kitabını alan yoxdur" debatına sözardı


Mövlud Mövlud


NİGAR KÖÇƏRLİ NƏ İSTƏYİR?


"Bəsdir, baş-ayaq danışdınız, bəsdir, poetik ifadələrlə danışdınız. Konkretləşdirin, oxucunuzu müəyyənləşdirin".

- Səncə, bu sözləri kim deyib?

- Ciddi bir ədəbiyyatşünas?

- Yox.

- Bütün dünyada tanınan bir yazıçı?

- Yox.

- Bəs kim?

- Kim olacaq? Bizim Nigar Köçərli!

- Hansı Nigar Köçərli?

- Hansı olacaq? "Əli və Nino" kitab mağazasının sahibi.

- "Milli Kitab Mükafatı"nı keçirən Nigar Köçərlimi? Danışanda da "ıııııı" eləyir. Azərbaycanca sözləri tapıb deyə bilmir.

- Ay atan oldu rəhmətlik.

- Hə, nə deyib o?

- Heç nə, deyib, "qardaş, gəlin sizə yazmaq öyrədim, mövzu verim işləyin, baş-ayaq, danışmayın, oxucunuzu müəyyənləşdirin. Elxan Qaraqan olan yerdə siz kimsiniz?"Sən bir təxəllüsə bax: Qaraqan! Hələ bizim ustadımız Çingiz Abdullayev Dronqo kimi qəhrəman yaradıb. Dronqo! Qaraqan! Yaşasın müstəqil Azərbaycan!"

- Sən canın, elə beləcə də deyib?

- Sözündən belə çıxıb.

- Kimə deyib bu sözləri?

-Şərif Ağayara.

- Harda deyib?

- Radio verilişdə.

- Hansı Şərifə? O laçınlı oğlanı deyirsən?

- Hə, Laçındandır. Yoldaşı da ağdamlıdır.

- Özü də, deyəsən, yazır, hə?
Nigar Köçərli
Nigar Köçərli

- Əvvəl şeir yazırdı, indi romana keçib. Müharibə vaxtı əmisi itkin düşmüşdü. Ailələri çox ağır keçirdi o hadisəni. İtkin əmisi oğlunun toyunda Şərif içib elə ağlayırdı ki... Məni də kövrəltdi əclaf.

- Deməli, Şərif belə bir mühitdə böyüyüb.

- Hə, sazı-sözü, minillik Azərbaycan şeirini əzbər bilir. Son illərin ən
Elxan Qaraqanın "A" romanı
Elxan Qaraqanın "A" romanı
sanballı nasiridir.

- Nəydi dedin Şərifin əsərinin adı?

-"Kərpickəsən kişinin dastanı".

- Oxumamışam.

- Əsər zavallı qaçqından bəhs edir. Balalarına balaca bir daxma tikə bilməyən məzlumdan. Oğlan universitetə qəbul olanda bacısı əlinə xına qoyur. Bir-iki gün keçir gəlib deyirlər: "Çıxın evimizdən rədd olun!" Oğlan baxır, görür bacısı ağlayır. Orda yazır ki, bacım ağlayırdı, əllərinin xınası hələ getməmişdi.

- Vay-vay. Bu nə detaldır a kişi? Ürəyimi titrətdi. İndi bu Nigar nə deyir Şərifə?

- Heç nə, deyir: "Qaraqan kimi yaz!" Yoxsa səni heç kim oxumayacaq.

- Qaraqanın romanının adı nəydi bə?

- "A".

- Romanı soruşuram, romanın adı nəydi?

- Mən də adını deyirəm də: Adı "A"dır romanın.

- Həəə, yaxşı deyir "A"dır romanın adı. Yaxşı, bəri bax, "A"da söhbət nədən gedir?

- Heç nə, beş-altı uşaq yığışırlar bir yerə, çıxırlar, şəhərə ki, biz Anarxistik, "bomba oğlanlar"ıq. Şəhərdə harda qabağımıza fahişə çıxsa, öldürəcəyik. Azərbaycanın namusunu qorumaq biz gənclərin borcudur.

- Ə, kiri!

- Məkkə-Mədinə haqqı!

- Bə, yaxşı o bir rus kişi var idi, Nazpəri Dostəliyevanın ulu babası...

- Dostoyevski.

- Ay sağ ol, onun romanında qəhrəman fahişə Sonyanın qabağında diz çökür axı.

- Nə olsun, o Dostoyevskidir. Bizimki də "A"!

- Başa düşdüm. İndi bəri bax, Nigar bacımız nə deyir? Deyir, Şərif də "A" yazsın?

- Oxunmaq istəyirsə bir yolu var: "A"!

- Sən canın, deyirsən, uşaqlar düşür şəhərin canına ki, harda fahişə gördük qanı getdi hə?

- Hə, qardaş canı, deyirlər "qıracağıq hamısını!"

- Bəri bax, o Elxan Qaraqan qağamız, heç ömründə bir adama bir sillə vurubmu? Hay?

- A kişi, ağzımda deyirəm:"A"! deyir: "ömründə bir adama bir sillə vurubmu?"

- Şərif də yazır ki, qızın əlində xınanın yeri qalmışdı, eləmi?

- Hə.

- Bay aman Allah hey!

"Gündəlik teleqraf"
XS
SM
MD
LG