Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Kamran Həşimov: Mənim oğlum terrorist deyil- [Video]


Jurnalist Pərviz Həşimlinin həbsi ilə bağlı mətbuat konfransı
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Jurnalist Pərviz Həşimlinin həbsi ilə bağlı mətbuat konfransı

-
«Evə qoyulan silahların heç biri mənim oğluma aid deyil. Mənim oğlum terrorist deyil. Eldar Mahmudovdan övladımın təhlüksizliyini tələb edirəm».
Bunu hazırda həbsdə olan «Bizim yol» qəzetinin əməkdaşı, moderator.az saytının direktoru Pərviz Həşimlinin atası Kamran Həşimov deyib.
Pərviz Həşimlinin vəkilləri və qohumları onun həbsi ilə bağlı sentyabrın 19-da mətbuat konfransı keçiriblər. Konfransında çıxış edən Kamran Həşimov oğlunun dövlət əleyhinə heç bir iş görmədiyini və şərlənərək tutulduğunu bildirib:
«P. Həşimli prezidentin apardığı siyasəti, ölkədəki məmurların ziddiyyətli fikirlərini, fəaliyyətini işıqlandırmaqla məşğul olub. Prezident ölkədə korrupsiyaya qarşı mübarizə apardığı kimi Pərviz də öz qələmi ilə bu istiqamətdə öz mübarizəsini aparıb».
Jurnalistin atası prezident İlham Əliyevə müraciət edib, onunla görüşmək istədiyini deyib:
«Bütün olanları şəxsən ona özüm çatdırmaq istəyirəm. Ölkədə baş verən özbaşınalıqları ölkə başçısına çatdıqmaq istəyirəm».
Vəkil Elçin Sadıqov Pərviz Həşimlinin həbsi zamanı ciddi qanun pozuntularına yol verildiyini qeyd edib. Elçin Sadiqov bütün bu qanunsuzluqlardan, o cümlədən jurnalistin məhkəməyə başına torba salaraq gətirilməsindən şikayət verəcəklərini deyib.
Vəkil onu da deyib ki, məhkəmədə Pərviz Həşimli ilə danışmaq imkanı olub:
«Pərviz Həşimli ilə məhkəmədə qısa söhbətimiz oldu. Ondan bir neçə müxalifətçi, o cümlədən Əli Kərimli əleyhinə ifadə verməsini istəyiblər. Söhbətimiz qısa olduğundan başqa heç nə öyrənə bilmədim».
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Pərviz Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsində keçirilən prosesdə seçilib.
XS
SM
MD
LG