Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:48

Uzunqulaq təcili yardım rolunda


Əfqanıstanda hamilə qadın xüsusi hazırlanmış yəhərdə oturaraq uzunqulaqla tibb məntəqəsinə gedir
Əfqanıstanda hamilə qadın xüsusi hazırlanmış yəhərdə oturaraq uzunqulaqla tibb məntəqəsinə gedir
-


HAMİLƏLƏR ÜÇÜN UZUNQULAQ YƏHƏRİ

Əfqanıstanda iki şey həddən ziyadə yüksəkdir: Ölkə uşaq ölümünə görə dünyada ilk yerlərdən birini tutur.

İkinci rekord ölkədəki uzunqulaqların sayıdır.

İndi bu ikisi bir araya gəlib. “Hamilə yəhəri” deyilən yeni vasitə uşaq doğmağa hazırlaşan qadınları uzunqulağın belində dağlıq yerlərdən keçirib xəstəxanaya çatdırmaqda kömək edir.

Britaniyanın HealthProm tibb xeyriyyəsi və dizayner Peter Muckle Əfqanıstanın ucqar kəndlərində uşaq dünyaya gətirməyə hazırlaşan qadınların sərt dağlıq releyefində yerləşən həkim məntəqələrinə rahat çatdırmaq üçün içi hava ilə doldurulmuş yəhər istehsalına başlayıb.

Əfqanıstan dağlarının əksər yerlərində nəqliyyat olmadığı üçün qadınlar evdə doğmağa üstünlük verirlər ki, elə bu da çox vaxt doğuş zamanı uşağın ölümünə səbəb olur.
“Uzunqulaq təcili yardım"nın son versiyası ucuz və qənaətli tibb avadanlığının bu ay Londonda keçirilmiş sərgisində nümayiş etdirilib.

İxtiraçı Muckle bu yəhəri hazırlamaq üçün içi hava ilə doldurulan düşərgə mütəkkələrindən istifadə edib.

Bu yəhərlərin dörd modifikasiyası ötən il ərzində dağlıq Bəlx əyalətinin Çarkənd məntəqəsində sınaqdan çıxarılıb.

Ən yaxşı prototiplər yekun dizayna daxil edilib.

YƏHƏRİ YERLİ SAKİNLƏR ÖZLƏRİ DƏ HAZIRLAYA BİLƏRLƏR

Əyalət paytaxtı Məzari-Şərifdə “Salamat Analıq” layihəsinin meneceri doktor Azadə Parsa deyir ki, yeni tibb vasitəsi uğurlu alınıb.

“Uzunqulaq yəhəri çox təhlükəsizdir və qadının tibb məntəqəsinə aparılması prosesi üçün salamatdır, hamilə qadınlar bu yəhəri xoşlayırlar və hamiləllik dövründə tez-tez məntəqələrə gəlirlər” - deyir xanım Parsa.

Məsələn, Çarkənddə tibb məntəqələrinə və mamaların yanına gəlmək bəzən dörd saatadək çəkir və bu səfərlər adətən təhlükəli yerlərdən keçir.

Amma xanım Parsa deyir ki, uzunqulaq yəhərlərinin rahatlığı bir çox hamilə qadınları evlərində həkimsiz və antisanitaryia şəraitində doğmaqdansa məntəqələrə gəlməyə ürəkləndirib.

Hazırda HealthProm son versiyası 120 dollara olan uzunqulaq yəhərlərinin əfqan kəndlərinə çatdırılması üçün ianə toplanışına başlayıb.

Məzari-Şərifdə yaşayan və qalın parçalarla işləməyi bacaran bir dərzi bu il istifadəyə veriləcək səkkiz yəhərin tikilməsi üçün seçilib.

Cənab Muckle ümid edir ki, artıq gələn il bu tibb ləvazimatının bütün hissələri yerlərdə istehsal olunacaq və əslində adamların özləri bunu düzəldə biləcəklər.

İxtiraçı deyir ki, “biz bu yəhərləri əslində yəhər kimi satmırıq, biz adamlara hamilə qadının vəziyyətini mümkün qədər rahatlaşdırmaq üçün ideya veririrk. Yəni bizim nümunəyə baxıb ona bənzərini hazırlamaq mümkündür”.
XS
SM
MD
LG