Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

Dünyada hər 5 nəfərdən biri məktəbdə rüşvət verdiyini deyir


Arxiv foto
Arxiv foto
-


KASIB ÖLKƏLƏRDƏ HƏR 3 NƏFƏRDƏN BİRİ MƏKTƏBDƏ RÜŞVƏT VERİR

Beynəlxalq Şəffaflıq təşkilatı – Transparency İnternational dünyada təhsil sistemində korrupsiya və rüşvətxorluğa dair yeni hesabatını yayıb. Sənəddə qeyd edilir ki, keçən il dünyada hər 5 nəfərdən 1-i ötən tədris ilində məktəbdə rüşvət verib. Dünyanın kasıb ölkələrində rüşvət verənlərin sayı hər 3 nəfərdən birinə qədər yüksəlir.

Hesabat müəllifləri təhsil sistemində korrupsiya və rüşvətxorluğun əsasən dövlətin təhsilə ayırdığı pulların mənimsənməsi, hansısa məktəb xərclərinə görə pulların toplanması, yaxud da sadəcə olaraq saxta təhsil qiymətlərinin alınıb-satılması formalarında meydana çıxdığını qeyd edirlər.

AZƏRBAYCADNA SAXTA MƏKTƏBLƏR ORTAYA ÇIXIB

Transparency İnternational hesabatında qeyd edir ki, Azərbaycan rüşvətxorluğun qarşısını almaq üçün ali məktəblərə qəbul imtahnlarını mərkəzləşdirən ilk keçmiş sovet respublikasıdır.
Bu fotonu facebook şəbəkəsində valideynlərdən biri paylaşıb. O iddia edir ki, bu siyahıda göstərilən məbləğdə pulları onun övladından məktəbdə müəlliməsi tələb edir.
Bu fotonu facebook şəbəkəsində valideynlərdən biri paylaşıb. O iddia edir ki, bu siyahıda göstərilən məbləğdə pulları onun övladından məktəbdə müəlliməsi tələb edir.

Azərbaycanda təhsilin idarə olunmasında problemlərə diqqət çəkən hesabatda qeyd edilir: “Ali məktəblər, universitetlərin çoxu birbaşa dövlət büdcəsindənmalkiyyələşdirilir. Özəl təhsil müəssisələrinə sərt hökumət nəzarəti var. Eyni zamanda Azərbaycanda bütöv sata məktəblər aşkar edilib.”

50-dən çox ölkəni əhatə edən hesabatda Azərbaycana dair ayrıca bömə yoxdur, amma sənədin ayrı-ayrı hissələrində bu ölkənin adı çəkilir.

Transparency İnternational-ın bu tənqidlərinə hələlik Bakıdan bir reaksiya yoxdur. Amma Bakıda təhsil rəsmiləri adətən təhsildə rüşvətlə bağlı iddiaları rədd edirlər. Təhsil Nazirliyinin əməkdaşları bir qayda olaraq belə ittihamlarda konkret adlar çəkilməsini tələb edir, şikayət edən adam anonim qalmaq istədikdə belə iddiaları araşdıra bilmədiklərini söyləyirlər.

Azərbaycanda təhsil müəssisələrində dəsrlər sentyabrın 16-dan başlayıb. Amma elə indidən məktəblərdə müəllimlərin şagirdlərlərdən pul toplaşamlarına dair irrialar sosial şəbəkələri başına götürüb.

Fəal valideynlər məktəbdən uşaqlarına pul gətirməsi tələb olunan, hətta bu pulun hara xərclənəcəyini göstərən qeydlərin fotolarını sosial şəbəkələrdə paylaşırlar.

Hələlik Təhsil Nazirliyindən bu iddialara bir reaksiya verilməyib. Amma nazirliyin rəsmiləri dəfələrlə bəyan ediblər ki, orta məktəblərdə təmir pulu, süpürgəpulu kimi adlarla şagirdlərdən pul toplanması qadağandır.

ERMƏNİSTANDA TƏLƏBƏLƏR RÜŞVƏT VERDİKLƏRİNİ ETİRAF EDİRLƏR

Sənəddə Ermənistanda rüşvətxorluğun ali təhsil sistemində geniş yayıldığı qeyd olunur.

Yerevan və Gümrüdə rəyi soruşulan tələbələrin 25 faizi rüşvət verdiyini etiraf edib. 36.5 faizi isə təhsil aldığı ali məktəbdə qiymətlərin pulla yazıldığını eşitdiyini deyib.

TƏHSİLDƏ RÜŞVƏTİ NECƏ KƏSMƏLİ?

Transparency İnternational hesabatında təhsil sistemində korrupsiyanın qarşısının alınması üçün təkliflər də səslənir. Sənəd müəlliflərinə görə ilk növbədə hər kəsin anti-korrupsiya tədbirləri üçün baza hesab olunan vasitələrə əli çatmalıdır: “Hamı təhsil siyasətindən, müəllimlərin davranış qaydalarından xəbərdar olmalıdır.

Eyni zamanda təhsil ocaqlarının idarə olunmasında valideyn və tələbələrin iştirakı, təhsil sistemində nəzarət və məsuliyyətlilik sahəsində çox aydın sistem tətbiq edilməlidir.

Gələcəyin korrupsiya ilə mübarizələri özləri korrupsiyadan azad olmalıdırlar. Tam dürüstlük olmadan bizim məktəblər və universitetlər gələcəyinliderlərinə rüşvətlə mübarizə üçün onlara lazım olan alətləri verə bilməyəcək.”

Transparency İnternational-ın direktoru Huguette Labelle bildirir ki, hazırda dünya əhalisinin beşdə-birinə yaxın hissəsini təşkil edən 15-24 yaşlı gənclərin həm indiki vətəndaşlar, həm də gələcəyin liderləri kimi korrupsiyanı dayandırmaq potensialları var.

Transparency İnternational beynəlxalq təşkilatlar, özəl qurumlar və vətəndaş cəmiyyəti dünyada daha yaxşı təhsil siyasəti üçün səfərbər olmağa çağırır.
XS
SM
MD
LG