Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

ATƏT: Seçki beynəlxalq standartlara cavab verməyib

Avropa Parlamentinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının daxil olduğu Beynəlxalq Müşahidə Missiyası 9 oktyabr prezident seçkisinə dair ilkin rəyini açıqlayıb.

15:56 10.10.2013
ATƏT Müşahidə Missiyası seçkilər haqda məlumat verdikdən sonra növbə jurnalistlərə çatıb. Ancaq onlara sual verməyə cəmi 15 dəqiqə vaxt ayrılıb. Mətbuat konfransında iştirak edən jurnalistlər buna etiraz ediblər ki, 15 dəqiqə bütün sualları cavablamaq üçün kifayət deyil.
İlk sualı "Trend" İnformasiya Agentliyinin əməkdaşı verib. O soruşub ki, Azərbaycana gələn bir çox beynəlxalq təşkilatlar seçkinin demokratik keçirildiyini bəyan edir. Amma ATƏT yenə də seçkilərin nəticələrini tənqidi qiymətləndirib. Bu halı qərəzli dəyərləndirmək olarmı?
- Bu çox yaşxı imkandır ki, təmsil etdiyim qurumla AŞPA və Avropa Şurasının fərqlərini izah edim. İlk olaraq onu bildirim ki, bu iki qurum qısamüddətli müşahidə aparırlar. ATƏT-sə uzunmüddətli müşahidə etmək imkanına malikdir. Bizim nəinki keyfiyyətli, hətta riyazi hesablamalar aparmaq imkanımız da var.
16:07 10.10.2013
ATƏT TƏNQİD OLUNUB
İqtidaryönlü "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ATƏT-i tənqid edib. Onları Bakıya müşahidəyə gəlməmişdən öncə hesabat hazırlamaqda, ATƏT əməkdaşlarını məxfi məlumatlar ötürməkdə ittiham edib.
Sonra Müşahidə Missiyası konkret sual verilməsini xahiş edib və B.Quliyev soruşub ki, dünənki qələbə mitinqi onların fikirlərini dəyişməsinə təsir göstəribmi?
Sualı cavablayan Tana De Zulueta bildirib ki, onlar Azərbaycana hazır sənədlə gəlməyiblər:
"Bizim burada işləməyimiz, hesabatı hazırlamamız üçün kifayət qədər – tam 6 həftə vaxtımız olub. Biz 2 aralıq hesabat hazırlamışıq və bu 3-cü hesabatdır. Hesabatda 300-dən çox bəynəlxalq müşahidəçilərin gəldikləri qənaət əks olunub. Bu hesabatla tanış olsanız qeyd olunanların reallığa nə qədər uyğun gəldiyini görə bilərsiniz. Sənəddə ATƏT-in standarlara uyğunluğu qiymətləndirilib. Eləcə də Azərbaycanın götürdüyü beynəlxalq standartlar və yerli qanunvericiliyinə uyğunluğu".
16:13 10.10.2013
«HESABATDA CİDDİ QANUN POZUNTULARI QEYD ETMİŞİK»
Müstəqil media, eləcə də beynəlxaql medianın (Reuterse və digərləri) sual verməsinə zaldakı iqtidaryönlü KİV nümayəndələri imkan verməyib.
Mətbuat konfransında sosial şəbəkələrdə seçki pozuntuları və seçki saxtakarlığını əks etdirən videolara münasibət barədə sual verilib.

Tana De Zulueta suala belə cavablayıb:
- Biz ATƏT-in standartlarına uyğunluğu qiymətləndirmişik. Biz hesabatda ciddi qanun pozuntularını qeyd etmişik. Namizədlərə, eləcə də seçicilərə hədə qorxuların özü belə ciddi qanun pozuntularıdır.
Sualdan sonra zalda fit çalınıb. Lider TV, "Səs" qezetinin və digər iqtidaryönlü medai nümayəndələri jurnalistlərin sual verməsinə maneələr yaradıb. Sual verilən zaman əl çalıblar, qışqırıblar. Bundan sonra Tana De Zulueta zaldan çıxıb.
XS
SM
MD
LG