Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:02

Arxivariusdan Baş nazirin müavininə qədər


Əli Əhmədov (solda) bundan əvvəlki prezident seçkisi öncəsi İlham Əliyevin seçicilərlə görüşündə.
Əli Əhmədov (solda) bundan əvvəlki prezident seçkisi öncəsi İlham Əliyevin seçicilərlə görüşündə.
-
Hakim Yeni Azərbaycan Partiyasının veteranlarından olan Əli Əhmədovun çoxsaylı vəzifələrinin üstünə biri də gəldi. Prezidentin oktyabrın 22-də imzaladığı sərəncamla o, Baş nazirin müavini oldu.

Hələlik Əli Əhmədovun Baş nazirin müavini kimi konkret hansı sahəyə cavabdeh olacağı bəlli deyil.
Əli Əhmədov (öndə) deputat həmkarı Siyavuş Novruzovla Bakıda
Əli Əhmədov (öndə) deputat həmkarı Siyavuş Novruzovla Bakıda
​Amma onun vəzifələrinin üstünə biri də gəldi deyilə bilər.

Buna qədər o, hakim partiyada sədr müavini, partiyanın icra katibi, 13 ildir ki, millət vəkili idi. Eyni zamanda Bakı dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışırdı.

Bu yaxınlarda 60 yaşı tamam olan Əli Əhmədov Ermənistanda anadan olub. Hakim Yeni Azərbaycan Partiyasının saytında onun Moskvada Tarix İnstitutunu bitirdiyi qeyd edilir. Amma sovet ali təhsil sistemində bu adda təhsil müəssisəsinə rast gəlmədik. Ehtimal ki, Əli Əhmədovun təhsil aldığı Moskva Dövlət Tarix-Arxiv İnstitutudur.

Prezident Administrasiyasında iş alana qədər uzun illər Baş Arxivlər İdarəsində çalışıb, Elmlər Akademiyasının Baş Arxiv idarəsinin müdiri olub.
Əli Əhmədov
Əli Əhmədov

1997-ci ildə islə Prezidentin İcra Aparatında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Bakıda Xətai rayonun icra hakimiyyəti başçısı olub.

Əli Əhmədov eyni zamanda YAP-ın qurulması üçün 1992-ci ildə Heydər Əliyevə müraciət etmiş məşhur “91-lər”dən biridir.

60 yaşı tamam olarkən Əli Əhmədov prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

O, 1999-cu ildə bu partiyanın icra katibi seçilib. Hələ də partiya sədrinin müavini və icra katibidir. Qanunvericiliyə görə indi hökumətdə yüksək vəzifə tutuduğu üçün deputat mandatından imtina etməlidir.

YAP-ın saytından görüntü
YAP-ın saytından görüntü
Əli Əhmədovun YAP-dakı vəzifələrindən də imtina edib-etməyəcəyi hələ aydın deyil. Əslində indi təhlilçiləri ən çox düşündürən Əli Əhmədovun YAP-dakı ikinci şəxs postunu kimin tuta biləcəyidir.

Ölkənin birinci xanımı Mehriban Əliyeva da YAP-ın sədr müavinlərindən biridir. YAP-ın saytında sədr müavinlərinin təqdimatında da birinci sırada Mehriban Əliyevanın adı gəlir.

Əli Əhmədov həm sədr müavini, həm də Partiyanın İcra Katibi olsa da YAP öz saytında onu Mehriban Əliyevadan sonra təqdim edir.

Bunun hakim partiyada gələcək siyasi ierarxiyaya işarə olduğu, yoxsa, Əli Əhmədovun sadəcə centlmen olaraq xanım müavinin özündən əvvəl təqdim edilməsini istədiyini demək indilik çətindir.
XS
SM
MD
LG