Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:41

İmişli Şəkər Zavodunda «bomba» təhlükəsi...


Arxiv foto
Arxiv foto
-
Noyabrın 4-də axşam «Azersun Holding»in İmişlidəki şəkər istehsalı zavodunda həyəcan yaşanıb. Polis və təhlükəsizlik xidməti əməkdaşları müəssisənin nəzarət-buraxılış qapısı önündə olan texnikaları ərazidən kənarlaşdırıb, müəssisəyə adamların girişini məhdudlaşdırıb. Əməliyyat davam etdiyi müddətdə rayon sakinləri arasında «traktorlardan birinə bomba quraşdırılıb» xəbəri yayılıb. İçərisində partlayıcı maddə olduğu ehtimal edilən əşyanın zərərsizləşdirilməsi saatlarla çəkib.

AzadlıqRadiosunun sorğusunu cavablandıran «Azersun Holding»in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin rəhbəri Afiq Səfərov müəssisədə xüsusi əməliyyat keçirildiyini təsdiqləyib:

«Əməliyyat-axtarış tədbiri zavoda məhsul gətirən traktorçulardan birinin nəzarətçiyə müraciəti əsasında keçirilib. Həmin texnikanın sahibi yemək yeyib qayıdarkən zavodun həyətində saxladığı avtomobilin kabinəsində sellofana bükülmüş əşya görüb və bu barədə nəzarətçiyə deyib. Müəssisədə təhlükəsizlik tədbirləri yüksək səviyyədə qorunduğundan, dərhal polisə və digər müvafiq orqanlara məlumat verilib. Sonda məlum olub ki, narahatlığa səbəb olan əşya partlayıcı maddə yox, spirtli içki imiş. Baş verənlər ajiotaja və müəssisənin fəaliyyətinin dayanmasına səbəb olmayıb».
XS
SM
MD
LG