Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

«Oda» Teatrına 5 gün vaxt verildi [Video]


Polis «Oda» Teatrını bağladı
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
-
«Bazar günü elə bilirdik ki, problem həll olunub. Bu gün teatrın ofisini bizə icarəyə verən sahibəsi gəlib dedi ki, dekabrın 1-dək buranı boşaldın».

Bunu AzadlıqRadiosuna «Oda» Teatrının təsisçisi və direktoru Elmin Bədəlov deyib:

«Bizim aramızda müddətsiz icarə müqaviləsi var. Həmin müqaviləyə görə, tərəflər müqaviləni pozmamışdan əvvəl bir-birlərinə bu barədə xəbərdarlıq etməlidirlər. Yerin sahibəsi isə bizə 4-5 gün vaxt verir. Deyir ki, mənə problem lazım deyil, yeri boşaldın».

Elmin Bədəlov dekabrın 1-dək tamaşaları davam etdirəcəklərini bildirir. 1-dən sonra teatrın taleyinin necə olacağı isə sual altındadır.

POLİS MÜSTƏQİL TEATRI BAĞLADI

Noyabrın 23-də «Oda» teatrının fəaliyyət göstərdiyi zirzəmini polis bağlayıb.

Bu barədə AzadlıqRadiosuna həmin teatrın yaradıcılarından biri Elmin Bədəlov məlumat verib.

«Polislər bildirdilər ki, sizdən qonşular şikayət edib. Dedilər ki, biz məşqlər zamanı hay-küy salıb onları narahat edirik. Teatrı bağladılar. Aktyor İlqar Cahangir və mən hazırda Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinin 12-ci sahəsindəyik, izahat yazırıq. Bilmirik məsələnin sonu necə olacaq».

«Oda» teatrı bu il iyulun 15-də «Evlənmə» tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın daimi yeri olmayıb, bu səbəbdən tamaşalar hər dəfə ayrı-ayrı ünvanlarda keçirilib. İki ay əvvəl teatr «ISR Plaza» otelinin arxasındakı yaşayış binalarının birinin zirzəmisinə köçüb.

***
İzahat alındıqdan sonra hər iki aktyor sərbəst buraxılıb.

Amma teatrın açarlarını qaytarmayıblar.

Noyabrın 23-də adıçəkilən teatrda kitab təqdimatı və «Səncə döyəcəklər?» tamaşasının nümayişi planlaşdırılırdı.
XS
SM
MD
LG