Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Cəmil Həsənli Milli Şuranın perspektivləri haqda [Video]


-


«İşdən Sonra» verilişində Cəmil Həsənli Milli Şuranın perspektivləri barədə danışıb:

RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN TAMAMƏN GETMİR

«Rüstəm İbrahimbəyovun istefasının bir sıra səbəbləri var. Ən başlıcası o, ölkədə deyil. Bu da Milli Şuraya rəhbərlik etmək üçün problemlər yaradır. Bütün burları nəzərə alaraq, Rüstəm İbrahimbəyov Milli Şuraya müraciət ünvanlayıb. Müraciətdə o, Milli Şuranın fəaliyyətini yüksək qiymətləndirir, seçkilərdə sınaqdan uğurla çıxdığını qeyd edir. Onun müraciətinə Milli Şuranın sessiyasında baxılıb qərar veriləcək. Rüstəm İbrahimbəyov sədr olmasa da, Milli Şura üzvü olaraq qalacaq…».

«Azərbaycan müxalifəti Milli Şurada bir ideya ətrafında birləşdi. Çox qısa müddətdə seçkilərlə bağlı texniki, siyasi, təbliğati məsələlər yerinə yetirildi. Söhbət real mənəvi, siyasi üstünlüklərdən gedirsə, Milli Şuranın böyük payı var. Rüstəm bəy müraciətində də açıq şəkildə qeyd edir ki, azad, ədalətli, demokratik seçkilərdə Milli Şuranın qələbəsi vardı. Topa bülletenlər, anti-demokratik addımlar, hakimiyyətin müdaxiləsi seçki saxtakarlığına gətirib çıxardı…».

MÜZAKİRƏLƏRİN MƏQSƏDİ MİLLİ ŞURANI GÜCLƏNDİRMƏKDİR

«Milli Şura demokratik təşkilatdır. Hansısa məsələlərdə üzvlər arasında fikir müxtəlifliyi yaranırsa, bu, normaldır. Güman etmirəm ki, mübahisələrdə kimsə Milli Şuranı zəiflətmək niyyətindədir. Gedən müzakirələr qurumu daha işlək, daha çevik bir güc mərkəzinə çevirmək məqsədi güdür. Eyni zamanda bütün bunlar Milli Şuranın, Azərbaycan xalqının taleyinə məsuliyyət hissindən yaranır…».

Cəmil Həsənli BDU-dan çıxarılması ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib:

«Bakı Dövlət Universitetdən 2011-ci ildə öz ərizəmlə çıxmışam. Ştatdan çıxandan sonra orada hər il saat hesabı magistrantlara dərs verirdim. Eyni zamanda bir neçə doktorantım vardı. Bu il də mənə saat ayrılmışdı. Xəbər verilmişdi ki, dərsim olacaq. Dərsin başlanması və seçki təbliğatı eyni dövrə düşdü. Debatlarda ilk çıxışımdan sonra kafedraya göstəriş verildi ki, mənim dərsim əlimdən alınsın. Universitetdə dərs keçməyimin maddi mahiyyəti bir şey olmasa da, tələbələrlə bir təmas imkanı idi. Ancaq tələbələr yenə də mənimlə əlaqə saxlayıb məsləhətlər alırlar…».
XS
SM
MD
LG