Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:11

Azərbaycanla İranın çövkən oyunu üstündə davası CNN-də (Video)



- Amerikanın CNN televiziyası çövkən oyununa görə İranla Azərbaycan arasında yaşanan “gərgin mübahisədən” bəhs edən reportaj yayıb.

Reportajda deyilir ki, mübahisə Azərbaycanın UNESCO-ya müraciətindən sonra başlanıb.

Bakı BMT-nin mədəniyyət qurumunun bu oyunu “Azərbaycan milli idman növü” kimi tanınasını istəyib.

CNN Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevdən sitat gətirir. B.Nəbiyev çövkənin məhz Azərbaycanda qorunub yaşadıldığını bildirib.

Telekanala müsahibə verən iranlı naşir Sadegh Samii isə bunu “absurd” adlandırıb və deyib ki, “bu ona bənzəyərdi ki, mən şotland viskisini İran içkisi kimi patentləşdirim. Mən bunu edə bilərəm? Təbii ki yox”.

Çövkən haqda kitab buraxmağa hazırlaşan naşir deyib ki, İran tarixinin son 2500 illik dövrü ərzində bu idman növü bir çox rəsmlərdə, əsərlərdə əksini tapıb.

Reportajda deyilir ki, həm adıçəkilən naşir, həm də İran dövləti UNESCO-ya müraciət edərək Azərbaycanın istəyinə “yox” deyilməsini, çövkənin isə “beynəlxalq idman növü” kimi tanınmasını xahiş ediblər.

"CNN İnternational"in Misir və Yaxın Şərq üzrə müxbiri Reza Sayah reportajı belə bitirir:

“Bəs çövkən harda yaranıb? Tarixçilər deyir ki, bunu müəyyən etmək çətindir. Çünki oyunun tarixi ümumiyyətlə, tarixi əsərlərin yazılmağa başlanmasından qabağa gedib çıxır. Amma bir çoxları inanır ki, bu oyun 2500 il əvvəl Fars İmperiyası ərazisində oynanılıb. Problem də elə bundadır. 2500 il əvvəl bu regionun böyük hissəsi Fars İmperiyasının tərkibinə daxil idi, o cümlədən müasir İran və Azərbaycan. Çin, Hindistan və Əfqanıstandakı çövkənsevərlərin də bu oyunun onların vətənində yaranmasını iddia etdiyi şəraitdə tarixçilər deyirlər ki, oyunun yarandığı yerlə bağlı mübahisə əbədi davam edə bilər”.

oxuzali.az
XS
SM
MD
LG