Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:22

Yadigar Sadıqovun məhkəmə istintaqı başa çatıb


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Dekabrın 4-də Lənkəran şəhər Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Şahidlər dindirilib. Bununla da məhkəmə istintaqı başa çatıb.

Növbəti proses dekabrın 12-nə təyin olunub.

Yadigar Sadıqov Lənkəran sakini olan Qarabağ əlili Rəşid Kərimovu döyməkdə ittiham olunur. O, həmin şəxsin şikayəti əsasında iyunun 27-də saxlanıb.

O, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinir.

Yadigar Sadıqov ittihamları qəbul etmir.

İttiham təsdiqlənərsə, o, 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG