Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:34

Sumqayıtdakı atışma Suriyaya görə olub?


Polis
Polis
-
13 dekabr medianın icmalı

Sumqayıt şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar aydınlaşıb. Bu şəhərdə yaşayan dindarlardan biri Lent.az-a bildirib ki, dünən axşam saatlarında vəhhabi təriqətinə mənsub olan bir qrup şəxs 10-cu mikrorayon ərazisində toplantı keçirib.

Toplantıda Suriyaya döyüşçü göndərmək məsələsi müzakirə olunub. Müzakirə zamanı vəhhabilərin xəvariclər qoluna aid qrupla, digərləri arasında Suriyaya döyüşçü göndərib-göndərməmək məsələsi üstündə mübahisə düşüb. Az sonra mübahisə atışma həddinədək qızışıb.

Mənbə bildirir ki, xəvariclər vəhhabilərin ən radikal qoludur. Onlar Sumqayıtı özlərinin müqəddəs şəhəri elan ediblər:

"Azərbaycanda hansı təriqət üzvünə təzyiq göstərilirsə, onlar Sumqayıta gəlir, burda məskunlaşırlar. Nəinki Azərbaycan, Dağıstan və Qafqazın digər ərazilərindəki xəvariclər üçün də Sumqayıt əsas mərkəzlərdən biridir".

"ETİRAZ ETMƏSƏK... "

Əli Kərimli
Əli Kərimli
AXCP sədri Əli Kərimli Facebook səhifəsindən xalqı Milli Şuranın 15 dekabr mitinqinə çağırıb. "Azadlıq" qəzetinin dərc etdiyi çağırışda deyilir:

"Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi. Qiymət artımından hiddətlənmiş minlərlə vətəndaşımız müxalifəti etiraz aksiyaları təyin etməyə çağırdı.

Artıq mitinq təyin olunub və razılaşdırılıb. Milli Şuranın qiymət artımına etiraz mitinqi 15 dekabrda İnşaatçılar metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda başlayacaq. Əsassız qiymət artımına etiraz etmək nəinki haqqımız, hətta vəzifəmizdir. Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək. Söz millətindir!".

HEYDƏR ƏLİYEVİN ŞƏXSİ MÜHAFİZƏÇİSİ DANIŞDI

"Heydər Əliyev ürək xəstəliyini 1987-ci ildə Moskvada - Qorbaçovdan könüllü təqaüdə getmək haqqında ərizə yazmaq göstərişini alanda qazanmışdı. Bu göstərişdən bir gün sonra o infarkt diaqnozu ilə Moskva Mərkəzi Klinik xəstəxanasına yerləşdirilir. Və nə az, nə çox, düz üç ay bu xəstəxanada müalicə olunur". 1982-88-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi olan Aleksandır İvanov o günləri belə xatırlayır. Bu barədə ANSPRESS yazıb.

Heydər Əliyev oğlu İlham Əliyevlə
Heydər Əliyev oğlu İlham Əliyevlə
​1982-1988-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi, Aleksandr İvanov:

"Səhiyyə Nazirliyinin 4-cü həkim briqadası gəldi. Onu inandırmağa çalışırdılar ki, mütləq xəstəxanada yatmaq lazımdır. Heydər Əliyev nəsə tərəddüd edirdi. Amma eşidəndə ki, həkimlər xərək gətirmək haqda danışırlar, o ayağa qalxdı, ayaqqabılarını geyindi və liftlə aşağı düşdü".


JURNALİST BİNALARINDAN XƏBƏR VAR

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikiləcək yeni binanın layihəsi bu həftə təsdiq olunacaq. Dekabrın 12-də "Media forum" saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib. Bibiheybət qəsəbəsində yerləşən, açılış mərasimi bu ilin iyulunda olmuş, 156 mənzilli, sahibləri müəyyənləşmiş binaya gəlincə, Vüqar Səfərli bildirib ki, bu binanın dövlət aktı təsdiqlənib, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə bina istifadəyə qəbul olunub:

Vüqar Səfərli
Vüqar Səfərli
"Hazırda digər sənədləşmə işləri gedir. Belə ki, suyun, qazın, işığın ev sahiblərinin adlarına keçirilməsi üçün onların şəxsiyyət vəsiqələrini toplamışıq. Əslində bu sənədləşmə işlərini onlar özləri etməli idi. Bütün işləri yekunlaşdırıb hamısını onlara hədiyyə etmək istəyirəm. Sənədlər hazırlanıb paket formasında ev sahiblərinə veriləcək. Bu ayın 25-nə kimi məsələ həll olunacaq. Həmin sənədlər təntənəli şəkildə təqdim ediləcək. Səhəri gün mənzil almış hər bir jurnalist evin açarını götürüb köçə biləcək".

HEYDƏR ƏLİYEV SİYASƏTİ DAVAM ETDİRİLMƏLİDİR

"Heydər Əliyev siyasəti davam etdirilməlidir. Ölkəmizin xoşbəxt gələcəyi üçün bu siyasətin alternativi yoxdur. Mən bunu on il bundan əvvəl demişəm, bu gün də deyirəm və həyat bunu təsdiq etdi".

İlham Əliyev
İlham Əliyev
Bunu dekabrın 12-də keçmiş prezident Heydər Əliyevin vəfatı günü ilə əlaqədar verilən ehsanda Prezident İlham Əliyev deyib. Məlumatı AzərTac yayıb. Onun sözlərinə görə, əgər Azərbaycan 1993-cü ildə, yaxud da ki, 2003-cü ildə başqa yolla getsəydi, ölkəmizi böyük faciələr gözləyərdi:

"Bizim üstünlüyümüz, xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı həlledici anlarda müdriklik göstərərək düzgün seçim etmişdir və bu seçimə sadiqdir. Bu seçim bizim gələcək uğurlarımızı da təmin edəcəkdir".

SƏLCUQ AĞLAYAN: “DEDİKLƏRİNİ SÜBUT ELƏMƏSƏ, ELŞAD ABDULLAYEVİN SƏRVƏTİNİ ALACAM”

Türkiyəli iş adamı, ABU-nun sabiq rektoru Elşad Abdullayevin “mandat qalmaqalı”nda adı hallanan, ötən ilin 26 dekabr tarixində dünyasını dəyişən Sevinc Babayevanı İstanbulda himayə edən Səlcuq Ağlayan “Yeni Müsavat” qəzetinə müsahibə verib.

- Səlcuq bəy, Elşad Abdullayev bizə müsahibəsində sizinlə bağlı bəzi gerçəklərin bilinmədiyini söylədi. Onun sözlərinə görə, sizinlə Gülər Əhmədova arasında daha öncə pulla bağlı anlaşılmazlıq olub və siz onlardan rəsmi şikayət etmisiz. Hətta sizin tapşırığınızla Gülər Əhmədovanın maşınının vurulduğunu da iddia etdi.

- Elşad Abdullayev artıq kabus görməyə başlayıb. O, öncə qayıtsın özünün arsızlıqlarına, oğurluqlarına baxsın. İki qadının - Sevinc Babayeva ilə Gülər Əhmədovanın həyatını necə məhv etdiyinə baxsın. Azərbaycandakı minlərlə insanı, tələbəni necə yarı yolda qoyduğuna diqqət yetirsin. Bu adam daha öncə də mənə qatil dedi. Amma Türkiyə məhkəmələri mənim qatil olmadığımı sübut etdi. İndi də boyundan böyük sözlər danışmağa başlayır.

Qarşılığını da mütləq tapacaq. Sübut eləsin ki, mənim Gülər Əhmədova ilə onun dediyi kimi hər hansı bir əlaqəm, davam, məhkəmə məsələm olub? Ortaya çıxarsın bunu, sonra danışar. Əgər bunu isbat etsə, gəlsin mənim sərvətimi alsın. Yox, əgər ala bilməsə, zatən mən onun sərvətini alacam. Mənə çirkin iftiralar atır və ünvanıma əxlaqsız sözlər deyir. İndi Gülər Əhmədova cəza aldı, Sevinc Babayeva da dünyasını dəyişib. Mənimlə uğraşır. Amma məni yaxşı araşdırsın. Demək ki, məni yaxşı araşdırmayıb. Araşdırsaydı, belə bir iftira atmazdı.


GÜLƏR ƏHMƏDOVANIN İŞİNƏ DAXİL EDİLMƏYƏN MESAJLAR

Gülər Əhmədova
Gülər Əhmədova
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə tərəfinin sübutu kimi Gülər Əhmədovanın cinayət işinə daxil edilməyən 7 mesajı açıqlayıb.
Ə. Talıbovun APA-ya verdiyi məlumata görə, həmin mesajlar Gülər Əhmədova ilə Sevinc Babayevaya və Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetində işləmiş, Elşad Abdullayev tərəfindən aldadıldığı iddia edilən Tavat Şirinovaya məxsusdur. Vəkil bildirib ki, həmin mesajlara nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı hüquqi qiymət verilib. http://az.apa.az/news/324524

Mesaj 2. 26.09.2012, 05:14:00
0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)
"Ya o yaşamalıydı, ya da mən. Evim yox, borcun içində batıram. O, soyub bizi. Ölüb eləsəm pullarımı ondan al. Oğlum yazıqdı, yetimdi. Heç kimdən qorxma".

Mesaj 4. 26.09.2012, 06:16:09
0502129065 (Babayeva Sevinc) – 0552116283 (Əhmədova Gülər)
"Nə isə bağışla gecə vaxtı səni narahat etdim. Bu işdə sənlik heç nə yoxdur. Bizi tək qoyma, Tavat da yazıqdı. O biri yetimlər də, sabaha qədər".
XS
SM
MD
LG