Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:38

Baş Prokurorluq Anar Məmmədliylə bağlı tələbləri təzyiq sayır


Anar Məmmədli
Anar Məmmədli
-
Baş Prokurorluq «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin rəhbəri Anar Məmmədlinin azad edilməsinə çağıran bəyanatlara münasibət bildirib.
MÜDAXİLƏ YOLVERİLMƏZDİR
Dekabrın 20-də yayılmış bəyanatda deyilir ki, beynəlxalq təşkilatlar və onların nümayəndələri uydurma mülahizələrə əsaslanan siyasi maraqlarından çıxış edir və A.Məmmədlinin dərhal həbsdən azad edilməsini tələb edirlər.
Baş Prokurorluq bildirir ki, ölkənin daxili işlərinə müdaxilələr yolverilməzdir. Prokurorluq heç bir hüquqi əsası olmayan bu tələbləri məhkəmə hakimiyyətinə, o cümlədən Prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndirir.
Prokurorluğun məlumatına görə, A.Məmmədliyə elan edilmiş ittiham onun siyasi fəaliyyəti ilə bağlı deyil. Məhkəmənin qərarı əsasında müvafiq qurumların Baş Prokurorluğa təqdim etdikləri yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilib.
“Bundan başqa, A.Məmmədliyə ittiham elan edilən andan onun müdafiə və digər hüquqları cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla təmin edilib və bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılıb. Hazırda onun hüquqları dörd vəkil tərəfindən müdafiə olunur”.
QANUNAMÜVAFİQ QƏRAR QƏBUL EDİLƏCƏK
Baş Prokurorluq bu cinayət işi üzrə qanunamüvafiq qərarın qəbul edilməsinin təmin olunacağını deyir.
Anar Məmmədli dekabrın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələri üzrə təqsirli şəxs qismində saxlanıb. Baş Prokurorluq Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Eyni ittiham «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyin rəhbəri Elnur Məmmədova qarşı da sürülüb.
Baş Prokurorluq bildirir ki, cinayət işinin araşdırılmasına Vergilər və Maliyyə Nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlanıb.
Bir sıra beynəlxalq qurumlar isə Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.
XS
SM
MD
LG